Bu gün Azərbaycan Respublikasının füsünkar məkanlarında biri olan Laçın rayonunun işğal olunmasından 19 il ötür
wellpromised/Aran agentliyi
Bu gün Azərbaycan Respublikasının füsünkar məkanlarında biri olan Laçın rayonunun işğal olunmasından 19 il ötür.
1992-ci il mayın 17-də erməni işğalçıları satqın ünsürlərin iş birliyi ilə rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan edib. İşğal nəticəsində 63 min 341 azərbaycanlı öz yurdundan didərgin düşüb. İşğalçı qüvvələrin böyük hissəsi Laçın dəhlizi vastəsi ilə Laçınə daxil olub.
Yerli rayon sakinləri deyir ki, Laçın işğal olunmamışdan bir gün qabaq Azərbaycan Silahlı Qüvvələrinin böyük əksəriyyəti cəbhə bölgəsini tərk edibmiş.