Tarix : 2011 May 18
Kod 22892

Azərbaycan parlamenti Avropa Parlamentinin qətnaməsinə reaksiya verdi

Azərbaycan Respublikası parlamenti bir bəyanat yayaraq Avropa Parlamentini insan haqları və media azadlığı məsələləri ilə siyasi, qərəzli və ikili münasibət ...
wellpromised/Aran agentliyi

Azərbaycan Respublikası parlamenti bir bəyanat yayaraq Avropa Parlamentini insan haqları və media azadlığı məsələləri ilə siyasi, qərəzli və ikili münasibət bəsləməkdə ittiham edib.

Bakıdakı müxbirimizin məlumatına görə, əsasən hakim partiya nümayəndələrinin təmsil olunduğu Azərbaycan Respublikası parlamenti bir bəyanat yayaraq, Avropa Parlamentinin bəzi ölkələrdə insan haqlarının kobud şəkildə pozulmasına laqeyd yanaşdığına işarə edərək, Azərbaycan Respublikasına qarşı bu parlamentin qətnaməsini qərəzli və siyasi adlandırıb.

Azərbaycan Respublikası parlamentinin bəyanatında deyilir: Siyasi qrupların qanunsuz aksiyalarının qarşısının alınması insan haqları və demokratiyanın pozulması mənasında dəyərləndirilməməlidir.

Azərbaycan Respublikası Parlamentinin sədr müavini Ziyafət Əsgərov da öz rəftarları nəticəsində Qərb-in dünyada bir növ "Jandarm" sözü ilə bərabər məna daşıdığını qeyd edərək, deyib: Onlar beynəlxalq hüquq və siyasəti öz əllərinə alıblar.

Z.Əsgərov bu qətnaməni Azərbaycan Respublikasına arxadan vurulan zərbə adlandırıb və deyib: Onların məqsədi Azərbaycan Respublikasından əlavə imtiyaz almaqdır və öz məqsədlərinə nail ola bilmədikləri üçün demokratiya və insan haqları adı altında Azərbaycana təzyiq göstərmək istəyirlər ki, bu da kişilikdən uzaq bir hərəkətdir.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poluxov da bundan öncə Avropa Parlamentinin qətnaməsini birtərəfli, qərəzli və həddən artıq siyasi adlandırmışdı.

Avropa Parlamenti mayın 12-də Azərbaycan Respublikasında müxalifətin etiraz aksiyalarının qarşısının alınmasına işarə edərək, rəsmi Bakını fundamental azadlıqların, insan haqlarının və söz azadlığının pozulması habelə, müxalifətdə olan media vasitələrinə və jurnalistlərə təzyiqlərin göstərilməsində ittiham edib və kəskin qətnamə qəbul edib.

Azərbaycan Respublikası rəsmilərinin Avropa qurumları tərəfindən tənqid atəşinə tutulması elə bir şəraitə təsadüf edir ki, Bakı rəsmiləri 2001-ci ildə Azərbaycan Respublikasının Avropa Şurasına üzvlüyünü bu ölkənin milli və mənəvi dəyərləri ilə ziddiyyətli olmasına baxmayaraq, bir növ mühüm qələbə hesab etmişdilər

  

  • Yazılıb
  • da (də) 2011 May 18