Mayın 6-da Təhsil Nazirliyinin binası qarşısında keçirilmiş “Hicaba azadlıq” aksiyasına görə tutulanların sayı 12-ə çatıb
wellpromised/Aran agentliyi
Mayın 6-da Təhsil Nazirliyinin binası qarşısında keçirilmiş “Hicaba azadlıq” aksiyasına görə tutulanların sayı 12-ə çatıb.
Vəkil Dilqəm Ağayev bildirib ki, yeni həbs olunan Tərlan İsmayılovun evində axtarış aparılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları evdən dini kitab və diskləri götürüblər.
Vəkilin sözlərinə görə, video-görüntülərdən bəlli olur ki, aksiya zamanı Tərlan İsmayılov heç kimə, heç bir polis əməkdaşına qarşı zor işlətməyib. O, hərəkətsiz dayanıb. Vəkil Tərlan İsmayılovun Bakı İstintaq Təcridxanasında saxlandığını, səhhəti və yeri ilə bağlı şikayətlərinin olmadığını deyib.
"Hicaba azadlıq" aksiyasında həbs olunanlar şərlənərək Cinayət Məcəlləsinin 221.2.2 və 221.3. maddələri ilə ittiham olunurlar.