Tarix : 2011 May 21
Kod 22923

AB Bakıdan tolerantlıq tələb edir!

Avropa Birliyinin Bakı ofisinin rəisi Azərbaycan Respublikasında insan haqları və demokratiyanın vəziyyəti ilə bağlı qətnamənin qəbul olunmasını Avropa Parlamentinin ...
wellpromised/Aran agentliyi

Avropa Birliyinin Bakı ofisinin rəisi Azərbaycan Respublikasında insan haqları və demokratiyanın vəziyyəti ilə bağlı qətnamənin qəbul olunmasını Avropa Parlamentinin haqqı adlandırıb və Bakının bu məsələ qarşısında tolerantlıq nümayiş etdirməsini istəyib.

Bu məlumata görə, Avropa Birliyinin Bakı ofisinin rəisi Rolan Kubya Avropa Parlamentinin qanunvericiliklə yanaşı, siyasi qərarlar qəbul etmək səlahiyyətinə də malik olduğunu deyərək, Avropa Parlamentinin Azərbaycan Respublikasında insan haqlarının vəziyyəti ilə bağlı qətnaməsinin qərəzli olmadığını vurğulayıb.

Azərbaycan Respublikası parlamenti çərşənbə axşamı bir bəyanat yayaraq, Avropa Parlamentini insan haqları və demokratiya məsələsi ilə qərəzli, siyasi və ikili rəftar etməkdə ittiham edib.

Əsasən hakim partiyanın nümayəndələrindən təşkil olunan Azərbaycan Respublikası parlamenti bir bəyanat yayaraq, Avropa Parlamentinin bəzi ölkələrdə insan haqları və demokratiyanın vəziyyətinə laqeyd yanaşmasına işarə edərək, Azərbaycan Respublikasına qarşı bu parlament tərəfindən qəbul olunan qətnaməni qərəzli adlandırıb.

 

 

  

  • Yazılıb
  • da (də) 2011 May 21