Tarix : 2011 May 21
Kod 22924

''Erməni soyqırımı'' Knessetin gündəliyində

Qanun layihəsi iqtidar partiyasının da dəstəyi ilə ilk mərhələni keçib
wellpromised/Aran agentliyi

Qanun layihəsi iqtidar partiyasının da dəstəyi ilə ilk mərhələni keçib.

İslam-Azeri.az İnternet Qəzetinin İsrail mediasına istinadən verdiyi xəbərə görə, "Erməni soyqırımı"nın İsrail palamentində tanınması üçün ilkin mərhələ aşılıb.

Beləki, İsrail Parlamenti (Knesset)in Təhsil və Mədəniyyət Komissiyası tərəfindən "Erməni soyqırımı" iddialarının tanınması üçün qanun layihəsi hazırlanıb. Qanun layihəsi, komissiya daxilində 20 nəfərlik parlamentari tərəfindən yekdilliklə təsdiq edilib və parlamentin gündəliyindəki müzakirə ediləcək məsələlər siyahısına salınıb.

Qatı solçu Meretz partiyasının millət vəkillərindən Zaava Qalon tərəfindən 18 Mayda toplanan komissiyanın gündəminə gətirilən qanun layihəsi, iqtidar partiyası Likudun da dəstəyi ilə Knesetdə müzakirə ediləcək.

Komissiyanın toplantısında çıxış edən Zaava Qalon "Erməni cəmiyyətinin yaşadığı faciə İsrail dövləti tərəfindən tanınmalıdır, bu hadisə qarşısında özümzü görməməzliyə vurmağa insanlıq naminə haqqımız yoxdur." deyib.

İqtidardakı Likud partiyasından verilən açıqlamada isə "Artıq Türkiyəyə hədiyyə verməkdən vaz keçib, "Erməni soyqırımı"nın tanımağın vaxtı çatıb" deyə bildirilib.

 

 

 

 

  

  • Yazılıb
  • da (də) 2011 May 21