Azərbaycanın Eurovision 2011 müsabiqəsində 1-ci yerə cıxması münasibəti ilə Masallıda keçirilən tədbirə etiraz edən dindarlar azad edilib
wellpromised/Aran agentliyi
Azərbaycanın Eurovision 2011 müsabiqəsində 1-ci yerə cıxması münasibəti ilə Masallıda keçirilən tədbirə etiraz edən dindarlar azad edilib.
Bu haqda İslam-Azeri.az İnternet qəzeti Xeber44.com-a istinadən xəbər verir.
Xəbərə görə, Azərbaycanın Eurovision 2011 müsabiqəsində 1-ci yerə cıxması münasibəti ilə Masallıda keçirilən tədbirə etiraz edən dindarlar: Araz Quliyev və Rza Ağalı dünən 20 may 2011 tarixində, saat 18:30 radələrində azadlığa buraxılıb.
Xatırladaq ki, may ayının 15-i 2011-ci il tarixdə saat 13:30 radələrində Masallı rayonunda 2-dindar Araz Quliyev və Rza Ağalı Azərbaycan Respublikasının inzibati xətalar məcəlləsinin 310.1 maddəsi ilə təqsirli bilinərək 5-gün müddətinə azadlıqdan məhrum edilmişdi.
Səbəb isə onların Azərbaycanın Eurovision 2011-ci ildə 1-ci yerə cıxması münasibəti ilə Masallıda keçirilən tədbirdə Masallı şəhər icra başcısının nümayəndəsi Laçın Sadıqzadəyə bu tədbirlə bağlı etiraz etmələri olmuşdu.