wellpromised/Aran agentliyi
"Qarşı tərəf özü atəşkəs istəyib, indi də özü bunu pozur". Bu sərsəm fikirləri Şuşanın işğalı əməliyyatına rəhbərlik etmiş general-mayor Arkadi Ter-Tadevosyan bəyan edib.
O, atəşkəsin Azərbaycan tərəfdən pozulduğunu iddia edir və bunu yolverilməz sayır. Ter-Tadevosyan bildirir ki, ATƏT-in Minsk qrupu hər iki tərəfi atəşkəs rejiminə əməl etməyə çağırmaqla və prosesə formal qiymət verməklə kifayətlənir.
Bu barədə SalamNews erməni mətbuatına istinadən xəbər verir.
“Bununla yanaşı, ATƏT-in Minsk qrupu faktiki olaraq erməni tərəfini günahlandırır”, - deyə o bəyan edib.
Azərbaycan snayperlərinin erməni-Azərbaycan təmas xəttindəki fəaliyyətlərindən danışan Ter-Tadevosyan qeyd edib ki, hazırda faktiki snayper müharibəsi gedir. O, əlavə edib ki, müharibənin qarşısını almaq üçün ən yaxşı yol elə ona hazır olmaqdır.
Ermənistanın Qarabağa köçürmə siyasətinə toxunan komandos qeyd edib ki, bu işi davam etdirmək lazımdır.
Yanız onu əlavə etmək qalır ki, problemi xəstə təvəkkürdən sağlam təfəkkürün üstə yıxmaq əsrlərlə "dənizdən-dənizə Ermənistan" xülyası ilə silahlanmış ermənilərin sevimli peşəsidir. Lakin erməni snayperin vurduğu azərbaycanlı uşağı anasına nə də siyasətçilər, nə də ATƏT üzvləri qaytara bilər. /SalamNews/