Prezident İlham Əliyevin Mayın 19-da imzaladığı «Eurovision–2012» mahnı müsabiqəsinin Bakı şəhərində keçirilməsi haqqında sərəncamda belə qərara alınıb
wellpromised/Aran agentliyi
Prezident İlham Əliyevin Mayın 19-da imzaladığı «Eurovision–2012» mahnı müsabiqəsinin Bakı şəhərində keçirilməsi haqqında sərəncamda belə qərara alınıb.
Sərəncama görə, «Eurovision–2012» mahnı müsabiqəsinin keçirilməsi ilə bağlı yaradılacaq təşkilat komitəsinə prezidentin xanımı, Heydər Əliyev fondunun prezidenti Mehriban Əliyeva sədrlik edəcək.
Təşkilat Komitəsinə 6 nazir, Bakı şəhər icra hakimiyyətinin başçısı, İctimai TV-nin baş direktoru, bir neçə dövlət qurumlarının prezidentləri və digər rəsmi şəxslər üzv seçilib.
Son zamanlar sionist İzrus saytı Eldar Qasımov və Nigar Camalın Eurovision-2011 müsabiqəsində birinciliyi haqda bir məlumatda fotoşəkillər yayımlayaraq, sionist rejimin Azərbaycan Respublikasındakı üzdəniraq mədəniyyət nümayəndəliyi ilə Eldar Qasımovun təlimində əsaslı rola malik olduğunu vurğuladı.