Dağlıq Qarabağ münaqişəsi barəsində hər bir hərəkət barəsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından yardımın istəniləcəyi ilə əlaqədar ...
wellpromised/Aran agentliyi
Dağlıq Qarabağ münaqişəsi barəsində hər bir hərəkət barəsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından yardımın istəniləcəyi ilə əlaqədar Ermənistan müdafiə nazirinin açıqlaması Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin reaksiyası ilə üzləşib.
Azər-news xəbər portalının verdiyi məlumata əsasən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi şənbə günü verdiyi bəyanatda Ermənistanın müdafiə nazirinin açıqlamasını mənasız sayıb və bildirib: Azərbaycan Respublikası nə bir ölkənin ərazisinə təcavüz etmək niyyətində olub və nə də ki, bir dövləti təhdid edir.
Bu bəyanatda bildirilir ki, Azərbaycan Respublikası beynəlxalq qanunlara əsasən bütün şəffaf yollardan öz ərazilərini geri qaytarmaq üçün istifadə edəcək.
Ermənistanın müdafiə naziri Seyran Ohanyan ötən gün İrəvanda keçirilən beynəlxalq konfransda deyib ki, Azərbaycan Respublikası tərəfindən Dağlıq Qarabağın azad olunması üçün hərbi vasitədən istifadə olunduğu halda özünü Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin zamini hesab edən Ermənistan tam kəskinliklə onunla davranacaq.
"Kollektiv Təhlükəsizlik Paktı və Cənubi Qafqazda Sülh və Təhlükəsizliyin perspektivləri" adı altında keçirilən konfransda çıxış edən Ohanyan deyib: Dağlıq Qarabağ məsələsi 1994-cü ildə Ermənistan və Azərbaycan Respublikası arasında atəşkəs rejiminə dair anlaşmanın imzalanması ilə həll olunub. Bununla belə biz bu sahədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Paktındakı müttəfiqlərimizin dəstəyindən istifadə haqqını özümüz üçün qoruyacağıq.
Kollektiv Təhlükəsizlik Paktı 2002-ci il 7 oktyabrda Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan prezidentlərinin Daşkənddə imzaladıqları anlaşma çərçivəsində təsis olundu. Bu anlaşmada üzv bütün ölkələrdən tam açıq-aydın şəkildə istənilir ki, zor tətbiq və yaxud təhdiddən istifadə etməkdən çəkinsinlər