Tarix : 2011 May 22
Kod 22961

Bakı hələlik 2 rayonun qaytarılması ilə razılaşıb

''Elmar Məmmədyarovun bu çıxışından sonra mən çox təəssüf etdim ki, Azərbaycanın belə bir uğursuz xarici işlər naziri var
wellpromised/Aran agentliyi

Ermənistan ilə sülh danışıqlarının ilk mərhələsində işğal altında olan bütün ərazilərin azad olunmasına təkid etməkdən çəkinən Bakı bu mərhələdə 2 rayonun azad olunması ilə razılaşıb.

Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov deyib : "Hazırda Ermənistanla aparılan danışıqlarda əvvəlcə Ağdam və Füzulini rayonlarının boşaldılması barədə razılıq əldə etdikdən sonra, 5 rayonun qaytarılması haqqında danışıqlar aparacağıq."

Rəsmi Bakının bu qərarını şərh edən ekspert Üzeyir Cəfərov deyib : "Elmar Məmmədyarovun bu çıxışından sonra mən çox təəssüf etdim ki, Azərbaycanın belə bir uğursuz xarici işlər naziri var. Elmar Məmmədyarovun səsləndirdiyi bu fikirdən sonra mən anlaya bilmədim ki, Azərbaycanın Xarici İşlər Nazirliyi hansı siyasətə xidmət edir. Ermənistan iki rayonu boşaltdıqdan sonra 20-25 il də beynəlxalq təşkilatların gücündən istifadə edib 5 rayonun qaytarılmasının vaxtını uzadacaq. Son olaraq bunu demək istəyirəm ki, Elmar Məmmədyarovun dünənki çıxışından sonra mən çox təəssüf etdim ki, Azərbaycanın belə bir uğursuz xarici işlər naziri var

  

  • Yazılıb
  • da (də) 2011 May 22