Azərbaycan Respublikasını ''Eurovision-2012'' mahnı müsabiqəsini keçirmək yolu ilə dünyaya tanıtmaq, Qarabağ münaqişəsinin ədalətli həllinə heç bir töhfə verməyəcək
wellpromised/Aran agentliyi
Azərbaycan Respublikasını "Eurovision-2012" mahnı müsabiqəsini keçirmək yolu ilə dünyaya tanıtmaq, Qarabağ münaqişəsinin ədalətli həllinə heç bir töhfə verməyəcək
HaqqYolu - Azərbaycan Respublikasını "Eurovision-2012" mahnı müsabiqəsini keçirmək yolu ilə dünyaya tanıtmaq, Qarabağ münaqişəsinin ədalətli həllinə heç bir töhfə verməyəcək. Əksinə, bu məsələ Qarabağ münaqişəsinin həllində Azərbaycan Respublikasının haqlarının tapdalanması üçün bir vasitəyə çevriləcək. Bunları siyasi ekspert Fərdad Əfzəli deyib.
Fərdad Əfzəli deyib: "Eurovision" mahnı müsabiqəsinin avropalı təşkilatçıları Qarabağın Azərbaycan Respublikasının tərkib hissəsi olması məsələsini qəbul etmir və bunu Bakıya da qəbul etdirmək istəyirlər. Və Azərbaycan Respublikası ictimaiyyətinə qəbul etdirilən bayağı əyləncə vasitələri ilə Qarabağın işğal altında olması məsələsini unutdurmağa və xatirələrdən silməyə çalışırlar.
Fərdad Əfzəli əlavə edib: Ötən il "Eurovision-2011" mahnı müsabiqəsinin təşkilatçıları işğal altında olan əraziləri Azərbaycan Respublikasının tərkib hissəsi hesab etməyərək, ekranlarda zahir olan Azərbaycan Respublikasının xəritəsini bir göz qırpımında ekrandan yığışdırdılar. Halbuki, digər ölkələrin xəritələri bir neçə saniyə müddətinə ekranda saxlanılırdı. Bütün bunlardan aydın olur ki, siyasi bir vasitə olan "Eurovision" mahnı müsabiqəsindən Azərbaycan Respublikasının müsəlman xalqı əleyhinə istifadə edilir. Təəccüb doğuran məsələ isə budur ki, bu məsələ Azərbaycan Respublikasında dövlət səviyyəsində gündəmə gətirilir.
Bu arada "Eurovision" məsələsinin siyasi cəhətləri ilə bağlı müxtəlif fikirlərin səsləndirilməsi davam edir.
Cəmiyyət internet saytı Elşən Həsənov tərəfindən qələmə alınmış "Avroviziya 2011-ə Soyuqqanlı Baxış" adlı məqalədə Azərbaycan Respublikası təmsilçilərinin bu mahnı müsabiqəsində qələbə çalmalarını təbrik edərək, bu müğənnilərin Azərbaycan Respublikası bayrağını götürməkdən çəkinmələri üzrə qalmaqallı məsələ haqda yazıb: Bu jesti həqiqətən “qardaş qardaşa eləməzdi” amma Azərbaycan Türkiyəyə elədi özü də bayraqlarımızı Bursadakı stadiona keçirtməyə icazə verməyən Türkiyə üçün.
Müəllif əlavə edib : “ Amma açıq desək məncə bu heç də planlanmış bir şey deyildi sadəcə həddindən çox həyəcan və sevinc qarışığı nəticəsində baş verdi. Mənə görə isə bu nə qədər qardaşlıq mesajları versə də, bizim üçün böyük bir ayıb idi. Sanki ölkənin nüfuzu şəxsi nailiyyətlərin kölgəsində itib batdı, bəlkə orda Türkiyə yox başqa bayraq da olsaydı onu götürüb çıxacaqdılar!”
Məqalə müəllifi “Camaatının bu qələbəni bu qədər həddindən çox şişirtməsi, yollara tökülüb “avropalaşması”-şəkilləri nəzərdə tuturam-maraqlıdır, sanki Avropanın çılpaq şəkillərindən başqa bir şeyi yoxdur” yazmaqla əlavə edir :
Bir erməni saytında “Avroviziya Qalibi Azərbaycan Qarabağ Müharibəsini Unudar” başlıqlı məqaləyə rast gəldiyini yazan Elşən Həsənov əlavə edib : “ Çox maraqlı nəzər nöqtəsi idi və həqiqətən özündə çox reallıq ehtiva edir. Azərbaycan bu bir il ərzində Ermənistanı hədələməyə və müharibəyə etməyə ürək edə biləcək görəsən?! Axı Avroviziya əldən çıxar onda…”
Müəllif əlavə edib : “əyləncəli, tamaşa xarakterli tədbirlər az qalsın azərbaycanlılara (xüsusən Azadlıq meydanındakılara) başqa dərdlərini tamamilə unutdurmağı bacarmışdı. Başqa vaxtı ictimai asayiş pozulmasın deyə girilməsi yasaqlanan Azadlıq meydanı “özünü buraxmış” azərbaycanlılarla dolub daşırdı. Hələ televiziyalarda özünü buraxan aparıcılardan danışmıram. 2013-cü ildəki Avroviziyanı Cıdır düzündə keçirilməsi kimi düşük-düşük fikirlərlə camaatın başın aldadırdılar.”