Bu günlərdə artıq dünya müsəlmanları İslam Peyğəmbərinin mövludunu qeyd edirlər
wellpromised/Aran agentliyi
Bu günlərdə artıq dünya müsəlmanları İslam Peyğəmbərinin mövludunu qeyd edirlər.
Belə tədbirlər Azərbaycanda da qeyd edilir.
Dünən Bülbülə qəsəbəsində "Bülbülə" restoranında Xanım Zəhra (s.ə) mövludu keçirilib.
İslam-Azeri.az İnternet qəzetinin xüsusi müxbirinin məlumatına görə, tədbirdə 500-ə yaxın qadın iştirak edib.
Xanım Fatimeyi Zəhra (s.ə) haqqında moizə edilib, şerlər və mahnılar oxunub.
Uşaqlara hədiyyə və şirniyyət ehsan edilib.