Tarix : 2011 May 23
Kod 22976

Tiflisdə Saakaşviliyə qarşı etirazlar davam edir

Bu gün Gürcüstanda prezident Mixail Saakaşvilinin istefası tələbilə növbəti mitinqin keçirilməsi nəzərdə tutulub
wellpromised/Aran agentliyi

Bu gün Gürcüstanda prezident Mixail Saakaşvilinin istefası tələbilə növbəti mitinqin keçirilməsi nəzərdə tutulub. Bir neçə müxalifət partiyasının birləşdiyi “Xalq məclisi” hərəkatının təşkil etdiyi aksiyaya müxalifətdə olan “Gürcüstan partiyası” da qoşulub. Bu partiyaya hazırda Fransada yaşayan keçmiş müdafiə naziri İrakli Okuraşvili rəhbərlik edir. Okuraşvili aksiyalara qoşulmaq üçün Gürcüstana qayıdacağını bildirib. Aksiyanın əsas təşkilatçılarından olan parlamentin keçmiş sədri Nino Burcanadze Tiflis və Batumidə baş verən son hadisələri inqilabın başlanğıcı adlandırıb.

Dünən Gürcüstan İctimai televiziyasının qarşısına toplaşmış bir qrup etirazçı polis maşınlarına hücum edib. Polis isə onlara qarşı gözyaşardıcı qaz və rezin dəyənəklərdən istifadə edib. Baş verən qarşıdurmada 3-ü polis olmaqla 12 nəfər xəsarət alıb, bir neçə aksiya iştirakçısı isə polis tərəfindən saxlanılıb. Gürcü müxalifətinin lideri Nino Burcanadze son iki gündə ümumilikdə 300-ə yaxın insanın həbs edildiyini deyib. Müxalifət prezident Saakaşvilini korrupsiya və demokratik islahatlara imkan verməməkdə ittiham edir.

Biz ölkədə yeni bolşevizmə etiraz edirik. Biz hal-hazırda yeni bolşevik ölkəsində yaşayırıq. Demokratiya haqqında olan söhbətlər ancaq söhbət olaraq qalır. Biz demokratiya, ədalət, azad və ədalətli seçkilər üçün mübarizə aparırıq. Milli şuranın yüzlərlə tərəfdarı son üç ildə həbs olunub, döyülüb və oğurlanıb. Bunlar dəqiqəbədəqiqə artıb”.

Bu ərəfədə, Gürcüstan telekanallarından birinə müsahibə verən müxalifət liderlərindən biri, keçmiş müdafiə naziri İrakli Okuraşvilinin mayın 25-də Gürcüstana qayıdacağını və həmin gün Saakaşvili hakimiyyətinə son qoyulacağını bəyan edib. Gürcüstan daxili işlər naziri isə keçmiş nazirin sərhədləri keçəcəyi təqdirdə ona həbs ediləcəyi barədə xəbərdarlıq edib.

Xatırladaq ki, artıq 2 gündür Gürcüstan paytaxtında prezidentin istefası tələbi ilə etiraz aksiyaları keçirilir. Tiflisin müxtəlif yerlərində 10 minə yaxın müxalifət tərəfdarı toplaşıb. Onların bir hissəsi gecə də meydanı tərk etmir. Mayın 25-ni müxalifət liderləri “qəzəb günü” elan edib.

 

 

 

  

  • Yazılıb
  • da (də) 2011 May 23