Tarix : 2011 May 23
Kod 22978

İran əleyhinə icazəsiz aksiyaya polis ''dəymədi''

ona yaxın gənc İran əleyhinə şüarlar səsləndiriblər
/خبرگزاری آران

Bu gün Dünya Azərbaycanlıları Konqresinin Azərbaycan nümayəndəliyini təmsil edən bir qrup gənc İranın Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirib.

İslam-Azeri.az İnternet qəzetinin verdiyi xəbərə görə, ona yaxın gənc İran əleyhinə şüarlar səsləndiriblər.

Meriya ilə razılaşdırılmamasına baxmayaraq aksiyaları zor gücünə dağıdan polis bu dəfə etirazçılara "gözün üstə qaşın var" deməyib.

Qeyd edək ki, iqtidar əleyhinə dünən keçirilən aksiyada iştirak edən 4 gənc - Orxan Carçıyev və Emin Fərhadi 8 sutka, Cəmil Hacıyev və Ağası Şakiroğlu isə 7 sutka həbs cəzasına məhkum edilib.

  

  • Yazılıb
  • da (də) 2011 May 23