Tarix : 2011 May 23
Kod 22982

Sionist rejimin Avrovizion-2011 müsabiqəsindəki rolu ifşa olunub

Avrovizion-2011 musiqi müsabiqəsində Azərbaycan Respublikasının iki müğənnisi Eldar Qasımov və Nigar Camalın qələbəsindən təxminən ...
wellpromised/خبرگزاری آران

Avrovizion-2011 musiqi müsabiqəsində Azərbaycan Respublikasının iki müğənnisi Eldar Qasımov və Nigar Camalın qələbəsindən təxminən bir həftə keçdikdən sonra sionist rejimin bu gedişdəki rolunun yeni cəhətləri aşkarlanıb.

Bakıdakı yerli mənbələrin verdikləri məlumata əsasən, Eldar Qasımovun 2007-ci ildən indiyə qədər ardıcıl şəkildə sionist rejimin Bakıdakı mədəniyyət mərkəzinə gediş-gəlişi olub və ivrit dilində sionist rejimin siyasi mahnılarının ifasını məşq edib.

Rusiya yəhudilərin İzrus saytının verdiyi məlumata əsasən, Eldar Qasımov ivrit dilində müxtəlif mahnılar oxuyub. Bütün bu mahnılar qeyri-qanuni sionist rejimin mövcudluğunun dəstəklənməsi istiqamətindədir.

Bu məlumata əsasən, Eldar Qasımovun ivrit dilində oxuduğu ilk mahnı Şirle Şalon adlanır. Bu mahnının sözləri 1969-cu ildə Yakur Veteblit tərəfindən sionist rejimin Misirə təcavüzü zamanında ifratçı sionizm şairi tərəfindən yazılıb. Şerin məzmunu Misirlə müharibədə həlak olan sionistlərin xatirəsi bəhanəsi ilədir və müsəlmanlara nifrətdən söz açır.

İzrus saytının yazdığına görə sionist rejimin Bakıdakı mədəniyyət mərkəzinin sabiq rəhbəri Rima Barkan İsrailin Eldar Qasımovu unutmayacağını qeyd edərək deyib: Eldar Qasımov 2010-cu il fevral ayının 9-da sionist rejimin xarici işlər naziri Aviqdor Libermanın Bakıya səfəri zamanı ivrit dilində Mil Xamt Xaxataşa mahnısını oxudu. Bu mahnının sözləri də sionist rejimin ərəblərlə müharibəsi zamanı yazılıb.

Mil Xamt Xaxataşa mahnısı sionist rejimin bəzi başçıları, o cümlədən 3 noyabr 1995-ci ildə İshaq Rabin, Şimon Peres tərəfindən Təl-Əvivdə oxunmuşdur.

Azərbaycan Respublikasının Avroviziya 2011 hanı müsabiqəsində qələbəsi ilə 2012-ci ildə Bakı bu müsabiqəyə ev sahibliyi edəcək. Halbuki bu müsabiqənin bir növ gey-parad olduğu bildirilir.

Bu elə bir haldadır ki, deyilənlərə görə, sionist rejimin informasiya və texnologiyalar naziri də Azərbaycan Respublikasına olacaq səfəri zamanı Avrovizion-2012 mahnı müsabiqəsinin keçirilməsində Bakıya yardım etmək bəhanəsi ilə Azərbaycan Respublikasının telekommunikasiya və rabitə sektorundakı iştirakını daha da genişləndirməyə çalışacaq.

Eyni zamanda Azərbaycan Respublikasında rəsmi dairələrin Avrovizion mahnı müsabiqəsi ilə bağlı geniş təbliğatları ölkə daxilində narazılıqlara, erməni dairələrin isə sevincinə səbəb olub.

Azərbaycan Respublikasında bəzi dairələr və şəxsiyyətlər Avrovizion-2011 mahnı müsabiqəsinin qalibləri olan Eldar Qasımov və Nigar Camalın başqa bir ölkənin bayrağını əllərində tutmalarını və bu məsələ ilə bağlı aparılan geniş həcmli yalan təbliğatları Qarabağın geri alınması üçün insanların ruhi baxımdan hazırlanması ilə ziddiyyətli hesab edirlər.

Azərbaycan Respublikasının Demokrat partiyasının sədri Sərdar Cəlaloğlu Avrovizion mahnı müsabiqəsini geylərin paradı adlandırıb və deyib: İslam dünyasında bu müsabiqəyə münasibət mənfidir.

 

 

Sərdar Cəlaloğlu Azərbaycan Respublikasının Avrovizion mahnı müsabiqəsində iştirak edən 43 ölkə arasındakı həqiqi və aşağı mövqeyinə işarə edərək deyib: Bu müsabiqədə qalibiyyətin əsası incəsənət mehvəri üzərində formalaşmayıb. Azərbaycan Respublikası bu müsabiqədə qələbə çalmaq üçün 2 milyon avro pul xərcləyib. Əlbəttə bu rəqəmlə bağlı qeyri-rəsmi və həqiqi rəqəmlərin 10-15 dəfə çox olduğu bildirilir.

Sərdar Cəlaloğlu Azərbaycan Respublikasının Avrovizion mahnı müsabiqəsində qələbə çalmasının ölkədə islahatların aparılmasına səbəb olmayacağını deyib: Əksinə Avrovizion-2012 mahnı müsabiqəsinin keçirilməsi bəhanəsi ilə əhalinin daha çox sərvəti qarət olunacaq.

İrəvandan çıxan Haykakan Jamanak qəzeti də Azərbaycan Respublikasının Avrovizion mahnı müsabiqəsi ilə əlaqədar hay-küylərinə işarə edərək bildirib ki, qarşıdan gələn iki il ərzində Qarabağda heç bir müharibə gözlənilmir və bu müddət ərzində rəsmi Bakının Ermənistana qarşı hədələri də dayandırılmış olacaq.

Almaniyada çıxan Şpigel jurnalı da "Görəsən Avrovizion Azərbaycanın imicini artıracaqmı?" adlı məqalədə Azərbaycan Respublikasında insan haqları və demokratiyanın pozulması, müxaliflərin həbsinə və yoxsulluğa işarə edərək Avrovizion 2012 mahnı müsabiqəsinin keçirilməsi üçün Bakının keçirilməsini tənqid edib və yazıb: Rəsmi Bakı çalışır ki, bu yolla ölkədə demokratik prinsiplərin pozulmasını ört-basdır etsin.

Şpigel jurnalı həmçinin Qarabağ münaqişəsinin hələ ki öz həllini tapmadığına və Azərbaycan Respublikası xalqının geylərə olan mənfi münasibətinə işarə edərək yazır: Avrovizion-2012 mahnı müsabiqəsinin keçirilməsi üçün Bakının seçilməsi yanlış hərəkət olub.

Bəzi siyasi müşahidəçilər də Avrovizion mahnı müsabiqəsində qaliblərin seçilməsi metoduna işarə edərək bildirirlər ki, Bakının bu müsabiqənin qalibi seçilməsi yəhudi və erməni lobbilərinin birgə planının nəticəsidir. Belə ki, bu yolla bir tərəfdən Azərbaycan Respublikasında mənəvi dəyərlərin zəiflədilməsi və əxlaqsızlığın rəvac verilməsi üçün fürsət yaranacaq. Digər tərəfdən isə, Qarabağ müharibəsinin başlanması ehtimalı isə sıfıra yaxınlaşacaq.

Azərbaycan Respublikası prezidenti İlham Əliyev çərşənbə günü Avrovizion-2012 mahnı müsabiqəsinin Bakıda keçirilməsi üçün xüsusi komitənin təşkili haqda fərman verib. Bu fərmana əsasən Heydər Əliyev Fondunun sədri Mehriban xanım Əliyeva bu komitəyə sədrlik edəcək. Bir neçə nazir və təşkilat sədri də bu komitənin üzvlərindəndir.

Qeyd etmək lazımdır ki, Avrovizion mahnı müsabiqəsində imtiyazların yarısı tamaşaçılar tərəfindən göndərilən qısa mesajlar ilə təyin edilir. İmtiyazların yarısı isə müsabiqənin 5 hakimi tərəfindən verilir

 

 

  

  • Yazılıb
  • da (də) 2011 May 23