Azərbaycan İslam Partiyasına qarşı təzyiqlər davam edir. Partiyanın İslam aləmində qadınlar bayramı kimi qeyd olunan...
wellpromised/Aran agentliyi
Azərbaycan İslam Partiyasına qarşı təzyiqlər davam edir. Partiyanın İslam aləmində qadınlar bayramı kimi qeyd olunan, İslam Peyğəmbərinin əziz qızı Fatimeyi-Zəhranın (s.ə) mövlud günü ilə əlaqədar təşkil olunacaq tədbirinin qarşısı bir gün öncədən alınıb. Belə ki, Nərimanov metrosu yaxınlığında yerləşən "Günəş" şadlıq sarayında keçirilməsi nəzərdə tutulan tədbir, iki nəfər polkovnik rütbəli polis əməkdaşının restoranın müdiriyyətini xəbərdarlıq etməsindən sonra müdiriyyət təşkilatçılara tədbirin təxirə salınmasını xahiş edib. Bu haqda məlumatı FaktXeber.com-a AİP sədri Elçin Manafov bildirib: "Biz artıq tədbirlə əlaqədar bütün işləri yekunlaşdırmışdıq. Tədbirə bir gün qalmış dövlət bizim bütün planlarımız pozdu. Belə ki, restoran müdiryyəti tədbirin keçirilməsinə icazə verməməsi ilə əlaqədar "iki nəfər polkovnik rütbəli polis işçisini tərəfindən xəbərdarlıq olunduğunu" bildirdi. Bundan sonra biz Gənclik metrosunda yerləşən əvvəllər Maidə, hazırda isə Aysu adlı restorana müraciət etdik. Həmin restorandan da bizə bildirdilkər ki, "qabaqcadan bizə xəbərdarlıq olunub ki, belə bir tədbirlə əlaqədar kimsə sizə müraciət etsə onlara icazə verməyən". Biz bu haldan çox narahat olduq. Hakimiyyətin ilahi dəyərlərə qarşı bu mövqedən çıxış etməsini kəskin pisləyirik. Görünür hakimiyyət bu ərəfələrdə İslama qarşı artan təzyiqlərin qarşısını almaq əvəzinə, daha da lazım olmayan addımlar atır".
Elçin Manafov həmçinin bildirdi ki, DEVAMM-ın da mövludla əlaqədar keçirmək istədiyi tədbirin qarşısı alınıb: "Bu haqqda məlumatı mənə İlqar İbrahimoğlu verdi. Onların da tədbirlə əlaqədar müraciət etdikləri obyektlərin sahibləri xəbərdarlıq olunub. İlqar İbrahimoğlu bu məsləilə bağlı bəyanat verdiklərin söylədi".