Tarix : 2011 May 24
Kod 22998

AİP sədri xanımları təbrik etdi

: “Əziz ana-bacılar, sizi Həzrət Fatimənin doğum günü – Beynəlxalq Qadınlar bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, xoşbəxtlik, səadət və can sağlığı arzulayıram
wellpromised/Aran agentliyi

Azərbaycan İslam Partiyasının (AİP) sədri Hacı Elçin Manafov Həzrət Peyğəmbərin (s) qızı Fatimeyi-Zəhra səlamullahın mövludu münasibətilə Azərbaycan qadınlarını təbrik edib.

AİP-in mətbuat xidmətindən İslam-Azeri.az İnternet qəzetinə verilən xəbərə görə, Təbrikdə deyilir: “Əziz ana-bacılar, sizi Həzrət Fatimənin doğum günü – Beynəlxalq Qadınlar bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, xoşbəxtlik, səadət və can sağlığı arzulayıram. Qoy qüdrətli Yaradan Azərbaycan xalqını, xüsusən iffətli xanımları şər və bəladan qorusun. Onlara dünyaya, xalqımıza layiqli övladlar yetirməyi, tərbiyə etməyi

nəsib etsin. İslam aləminə, həmçinin bütün bəşəriyyətə doğan günəş kimi parlayan, şöləsi heç zaman sönməyən Fatimeyi-Zəhra iffətin və ismətin, qadın taleyinin qurtuluşu kimi taninmış və taninmaqdadır. Sizlərə Zəhra paklığı və qızı Zeynəb şücaətkarlığını arzulayıram.

 

AİP Mətbuat Xidməti"

  

  • Yazılıb
  • da (də) 2011 May 24