Tarix : 2011 May 24
Kod 23006

6 may aksiyasına görə 15 nəfərə cinayət işi açılıb

Azərbaycanda orta məktəblərdə hicab qadağasına etiraz əlaməti olaraq Təhsil Nazirliyi önündə 6 mada keçirilən aksiyada həbs edilənlərin 15-inə qarşı cinayət işi açılıb
wellpromised/Aran agentliyi

Azərbaycanda orta məktəblərdə hicab qadağasına etiraz əlaməti olaraq Təhsil Nazirliyi önündə 6 mada keçirilən aksiyada həbs edilənlərin 15-inə qarşı cinayət işi açılıb.

İslam-Azeri.az İnternet qəzetinin məhbusların vəkillərindən əldə etdiyi məlumata görə, həbs edilənlərin əksəriyyəti eyni maddə ilə ittiham olunurlar.

Aksiyada həbs edilən Hacı Tale Bağırov və Elşən adlı dindar təşkilatçılıqda ittiham olunur və barəsində A.R.Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), (3 ilə qədər həbs) cinayət işi açılıb.

Digər 13 nəfərə isə 221.1, 221.2, 221.3 maddələrilə ittiham olunur.

 

 

  

  • Yazılıb
  • da (də) 2011 May 24