Tarix : 2011 May 25
Kod 23020

Bulvarda həbs edilən dindarlar azadlığa buraxıldı

Polisə müqavimət göstərməkdə ittiham olunan dindarlar isə bu gün məhkəmədən azadlığa buraxıblar
wellpromised/Aran agentliyi

HaqqYolu - Polisə müqavimət göstərməkdə ittiham olunan dindarlar isə bu gün məhkəmədən azadlığa buraxıblar

Xəbər verildiyi kimi İslam Peyğəmbərinin əziz qızı Fatimeyi Zəhranın doğum gününü “Dənizkənarı milli park”da gəzintiylə keçiriən dindarlar ağlagəlməz polis vəhşiliyi ilə qarşılaşıblar.

Belə ki, polis gəzintiyə çıxan inanclılara zor tətbiq edərək, onlarla dindarı həbs etmişdi. Polislərə onların istirahət hüququnu pozduqları xatırlandıqda isə, amansız təzyiqlə üzləşmişdilər.

Saxlanılanlar biri xanım olmaqla 6 nəfər həbs olunmuşdu. Həbs olunan dindarlarının yaxınlarının FaktXeber.com-a verdiyi məlumata görə, dəniz kənarı parkda saxlanılanlardan 3-ü dünən axşam sərbəst buraxılıb. Polisə müqavimət göstərməkdə ittiham olunan dindarlar isə bu gün məhkəmədən azadlığa buraxılıblar. 

  • Yazılıb
  • da (də) 2011 May 25