wellpromised/Aran agentliyi
Bu haqda İlahiyyatçının vəkili İntiqam Hacıyev məlumat verib.
May ayının 6-sı "Hicaba Azadlıq!" şüarı ilə keçirilən etiraz aksiyasından həbs edilmiş ilahiyyatçı Hacı Tale Bağırov Kürdəxanı istintaq təcridxanasında saxlanılır. İntiqam Hacıyev bu gün Kürdəxanı istintaq təcridxanasında olub.
İlhiyyatçı ilə görüşən vəkil, Tale Bağırovun səhətinin yaxşı olduğunu, heç bir çətinliyinin olmadığını bildirir.
Qeyd edək ki, may ayının 21-i Xətai Rayon məhkəməsində Tale Bağırovun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), (3 ilə qədər həbs) ittiham olunur.