wellpromised/Aran agentliyi
HaqqYolu - Həzrət Fatimənin və İmam Xomeyninin (r) mübarək mövlud günlərinin ildönümü ilə eyni zamanda İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri İmam Xomeyni adına imdad komitəsinin Bakı nümayəndəliyinə baxış keçirib.
Doktor Məhəmməd Bağır Bəhrami keçən gün çərşənbə axşamı günü 24 may İmam Xomeyni adına imdad komitəsinin Bakıdakı nümayəndəliyinin məsul şəxsləri və işçiləri ilə görüşdə bu qurumun fəaliyyətinin dəyərli insani hədəflərinə işarə edərək onlardan həmçinin bu cür dəyərli fəaliyyətə zəmin hazırlamış Azərbaycan Respublikasının məsul şəxslərinə öz təşəkkürünü bildirib.
Məhəmməd bağır Bəhrami bu görüşdə həmçinin deyib: Azərbaycan Respublikasının baş nazir müavini Əli Həsənovla əldə etdiyimiz razılaşmaya əsasən bəzi sahələrdə o cümlədən maddi və qeyri maddi yardımlar sahəsində bu komitənin fəaliyyətləri yeni formada davam edəcək.
Doktor Bəhrami həmçinin öz sözlərinin davamında 24 mayın İraqın bəs rejiminin İrana qarşı qəbul etdirmiş müharibəsi zamanı Xurrəmşəhrin azad edilməsinin ildönümü günə işarə edərək ümid edib ki Azərbaycan Respublikasının işğal edilmiş əraziləri də azad edilsin.
Azərbaycan Respublikasının baş nazir müavininin xeyrçi işlər bölməsinin müdiri Qurban Sadıqovun da iştirak etdiyi bu görüşdə o da ,İmam Xomeyni r.ə adına imdad komitəsinin illər boyu fəaliyyətinə işarə edərək deyib: İmdad komitəsi Azərbaycan Respublikasında ən mühüm xeyriyyəçi qurumlardandır.
1357 - ci hicri şəmsi ili İsfənd ayının 14 – də yoxsulları himayə məqsədi ilə İran İslam Respublikası banisi Hz. İmam Xomeyninin (r) sərəncamına əsasən təsis edilmiş bu komitə 1992 – ci milad ilindən Azərbaycan Respublikasındakı fəaliyyətini başladı və hal hazırda təqribən 40 min Azəri yoxsulu bu komitənin himayəsi altındadırlar.