Tarix : 2011 May 25
Kod 23024

İsrail ''Evrovision 2012 ''yə gəlməyə bilər

İsrailli müğənnilər Bakıda keçiriləcək ''Evrovision 2012'' də iştirak etməyə bilərlər
wellpromised/Aran agentliyi

 

İsrailli müğənnilər Bakıda keçiriləcək "Evrovision 2012" də iştirak etməyə bilərlər.

Bu haqda İslam-Azeri.az İnternet qəzeti Vesti.az-a istinadən xəbər verir.

Esctoday.com saytı bu haqda yazır ki, bu konsertin finalı İsrailin dini və milli bayram gününə təsadüf edir. Sionist rejimin qanunvericiliyində isə, bu günlərdə hər hansı bir tədbirlərdə iştirak qadağandır.

"Şavuot" bayramına görə, İsrail əvvəllər də bu konsertə qatılmayıb.

Esctoday.com saytı digər problemin İslam Respublikası ilə Azərbaycanın sərhəd olmasını göstərib. Belə ki, sayta görə İranın Azərbaycanla sərhəd olması İsraillilərin Azərbaycanda təhlükəsizliyinə maneədir.

P.S. Bu açıqlamalara diqqət etdikdə, musiqi saytının sionistlərin bu siyasi xəbərlərinin dünya ictimaiyyətinə necə yeridilməsinin şahidi olmaq olar.

 

 

 

  

  • Yazılıb
  • da (də) 2011 May 25