Tarix : 2011 May 25
Kod 23025

QIRMIZI XƏTLƏR KEÇİLMƏZ!!!

Çoxdandır köşə yazmırdım. Buna bir neçə səbəb var. Zamanı gələndə, bəlkə də bu haqda da yazarıq. Amma bu gün yazmaya bilmədim
wellpromised/Aran agentliyi

Bismilləhir-Rahmənir-Rahim!

 

Deyerler.org: Çoxdandır köşə yazmırdım. Buna bir neçə səbəb var. Zamanı gələndə, bəlkə də bu haqda da yazarıq. Amma bu gün yazmaya bilmədim. Yazmamaq artıq mümkün deyil idi. Səbəb isə çox sadə idi. Çünki ilahi qəzəbə səbəb olan növbəti nadanlıq baş vermişdi. Çünki dövlətimizə qarşı növbəti mənəvi diversiya baş vermişdi. Çünki, çünki, çünki və daha neçə-neçə çünkilər. Rəbbimin xüsusi tofiqatı ilə inanın ki, bu çünkiləri saysız-hesabsız qədər davam etmək və sadalamaq olar.

Əcəba, nə baş verir?! Kimdir günün-günorta çağı, 21-ci əsrin kuralları yaşanmalı bir dönəmdə dövlətin sütunlarını qıran?!

Kimdir başdan-ayağa ehtiyac və zəif mövcudiyyət içində ikən, cəsarət edib Allah hüzurunda bu mənəvi cinayətə əl qoyan?!

Yetər!!! Allaha qarşı bu kimi asi çıxmaq, yetər!

Yetər!!! Dövləti bu nadancasına cövhəri dağıdıcılığa sürükləmək, yetər!

Biz Soveti yaşadıq. Ruhumuz qırmızı terrorun onminlərlə şəhid qanı ilə suvarıldı. Sibirin, Qazaxstanın sürgünlərindən keçildi. Amma bütün bunları yaşamağın bir məntiqi izahı var idi. Bunu edən Allahsız rejim, kimliyimizin düşməni olan bir qırmızı terror dövləti idi.

Amma buna qəti əminəm ki, bu gün müqəddəs bayrağımızın ucaldığı bir istiqlal dönəmini yaşamalı olan, Allahın ən böyük mənəvi və maddi nemətlərinə layiq görülmüş dövlətimizin və xalqımızın tutumu və ləyaqəti - ən ali dərəcəyə layiqdir.

Nədənsə biriləri fərqində deyillər ki, qırmızı xətlər keçilməzdir. Keçilməli olsa idi, bunu tarixdə keçmişlər qalmağa bacaradı. Amma bacarmadılar. Sovet belə bacarmadı.

Dostlar, əzizlər, müəllimlər, bəylər, qəlbində dövlət üçün yanan hər kəs, haradasınızsa, Sizlərə səslənirəm! Qırmızı xətlər keçilməz!!! Keçilirsə, sonu pis olar. Allah cəzasını yetirər. Vallah və billah, pis yetirər. Tarix buna şahiddir. Keçilərsə, dövlət sarsılar. Yapmayın bunu. Əzizlərim, qoymayın bunun yapılmasını. Allahın bu nemətinin qədrini bilin. Allahın yetirdiyi bu fürsəti qənimət bilin.

***

Öncə inanmadım. Amma sonra inanmalı oldum. Rəsmi olaraq hər il keçirilən əziz İslam Peyğəmbərinin (s) əziz qızının, anamız Fatiməyi-Zəhranın (s.ə.) mövlud-konsertini keçirtməyə mane oldular. Şəhərin mötəbər və peşəkar nüfuza malik olan salonlarının birində müqavilə və bütün rəsmiyyətlər mövcud ikən, imtina etdilər.

Heç fərqindədilərmi bu nurani Mövlud tədbirinə mane olanlar, bununla nə qədər özlərini İlahi dərgahda İlahi rəhmətdən məhrum etdilər?! Dövlətin milli özünüifadəsinə əl uzatdılar?!

***

Əziz inanc əhli! Xüsusən müsəlman xanımlar. Həzrət Fatiməyi-Zəhranın (s) mövludu Sizlərə mübarək olsun. Gəlin bu günlərdə, bu kimi nadan əməllərlə nurani inanc insanlarını dövlətlə üz-üzə qoymaq istəyən bu nadan və zülmətə qərg olmuş insanlar üçün dua edək. Dua edək ki, hidayət olsunlar. Gəlin dua edək ki, dövlətimizin bu gününü və sabahını düşünən dövlət adamları bu kimi qeyri-peşəkar və Allahın qəzəbinə səbəb olan kimsələrin hərəkətlərindən amanda qalsınlar və məmləkətimiz nurani bir ovqata yenidə qovuşmuş olsun. Amin!

 

Hacı İlqar İbrahimoğlu

 

  

  • Yazılıb
  • da (də) 2011 May 25