Rusiya, ABŞ və Fransa prezidentləri Dovildə keçiriləcək ''G-8'' sammiti çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanatla çıxış edəcəklər
wellpromised/Aran agentliyi
Rusiya, ABŞ və Fransa prezidentləri Dovildə keçiriləcək “G-8” sammiti çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanatla çıxış edəcəklər.
APA-nın “İTAR-TASS”a istinadən yaydığı məlumata görə, bu barədə Rusiya prezidentinin köməkçisi Sergey Prixodko bildirib. O sabah Fransanın Dovil şəhərində keçiriləcək “G-8” sammitinin gündəmində Dağlıq Qarabağ münaqişəsinin də olduğunu, hazırda münaqişə ilə bağlı üçtərəfli bəyanatın hazırlandığını deyib.