Tarix : 2011 May 25
Kod 23027

AB dindarların həbsindən məmnundur

Azərbaycanda ən kiçik hüquq pozuntusunu səs-küylə gündəmə gətirən Avropa Birliyi dindarlara qarşı repressiyalara xeyir-dua vermiş kimi görünür
wellpromised/Aran agentliyi

Azərbaycanda ən kiçik hüquq pozuntusunu səs-küylə gündəmə gətirən Avropa Birliyi dindarlara qarşı repressiyalara xeyir-dua vermiş kimi görünür. Müxalifətçi gənclərin AB tərəfindən himayəsi müsbət dəyərləndirilsə də Azərbaycan cəmiyyətini ikiyə bölmək beynəlxalq quruma başucalığı gətirmir.

Avropa Birliyinin xarici siyasət idarəsinin rəhbəri Catherine Ashton Azərbaycanla bağlı bəyanat verib- yazır AzadR. “Mən Azərbaycanda insan hüquqlarına göstərilən münasibətdən narahatam” sözləri ilə başlayan bəyanatda xanım Ashton bildirir ki, bu narahatçılığı onlarda mayın 4-də və mayın 18-də iki gənc fəalın, Cabbar Savalanlının və Bəxtiyar Hacıyevin barəsində verilən hökm doğurub.

Catherine Ashtonunu bəyanatında deyilir ki, bu iki hadisə huquqi proseduralarda siyasi motivlərə yol verildiyini göstərir. “Biz Azərbaycanda fundamental azadlıqlara dərin ehtirama çağırırıq” deyən Catherine Ashton eyni zamanda əlavə edib ki, Azərbaycan qanunun ölkənin özünün də qəbul etdiyi beynəlxalq standartlara uyğun idarə edilməsinə zəmanət verməlidir. “Biz Azərbaycanı bu hökmləri təcili və ədalətli şəkildə yenidən nəzərdən keçirməyə çağırırıq"? - bəyanatda deyilir. 

  • Yazılıb
  • da (də) 2011 May 25