wellpromised/Aran agentliyi
Azərbaycan Respublikasında hicabı müdafiə edən vətəndaşlara divan tutulur
6-may Hicaba azadlıq aksiyası ilə əlaqədar Masallıda dindar Xalid Nofəloğlu Cümə axşamı Masallı rayon polis şöbəsinə aparılmışdır.
Rayon polis şöbəsinən verilən məlumata görə Bakı şəhər baş polis idarəsindən onlara məktub gəlmiş,məktubda 6-may hicaba azadlıq aksiyasında iştirak edən 3-4 nəfər Masallı dindarlarının adları yazılmışdır.
Masallı polis bölməsinə aparılmış dindar Seymur İsmayılov polis idarəsindən azad edilib. Lain dindarlara təzyiq müxtəlif formalarda davam edir. Seymur İsmayılovun bildirdiyinə görə polis idarəsində ondan hansı partiya və ya təşkilatın üzvü olduğu soruşulmuş və sabah Bakı şəhər baş polis idarəsində olmağı tələb etmişlər. Əks təqdirdə Seymur İsmayılovu həbs edib qolları qandallı Bakıya yollayacaqlarını bildirmişlər.
Masallı polis bölməsinə aparılmış dindar Namiq Kişiyev də polis idarəsindən azad edilib.
Namiq Kişiyev deyib : "Polis idarəsində məndən soruşdular ki, hicaba azadlıq aksiyası olsa yenə də iştirak edəcəksən?, mən də hicab məsələsi öz həllıni tapmayınca mən bütün aksiyalarda iştirak edəcəm cavabını verdim. Məndən başqa lazımsız suallar da soruşdular, mən də cavablandırdım. Sabah Bakı şəhər baş polis idarəsində olmağı məndən tələb etdilər. Əks halda məni Bakıya məcburi yollayacaqlarını bildirdilər.