Höccətülislam Seyid Həsən Amili Ərdəbilin cümə namazı xütbələrində sionistlərin bəzi islam ölkələrindəki nüfuzuna toxunaraq deyib
wellpromised/Aran agentliyi
Höccətülislam Seyid Həsən Amili Ərdəbilin cümə namazı xütbələrində sionistlərin bəzi islam ölkələrindəki nüfuzuna toxunaraq deyib: Misirdə Ənvər Sadat və Hüsnü Mübarək sionistlərin qulağında sırğası olan nökərləri idi və onlar İsrail rejiminin siyasətlərini bu ölkədə icra edirdilər.
Vəliyyi-Fəqihin Ərdəbil üzrə nümayəndəsi və Ərdəbilin imam cüməsi Misir və sionist rejim arasında münasibətlərin soyuqlaşması ehtimalı barəsində Azərbaycan Respublikası rəsmilərindən birinin açıqlamasından təəssüflənərək deyib: Belə açıqlamalara görə təəssüflənmək lazımdır. Bu şəxslərdən soruşmaq lazımdır ki, siz müsəlman və müsəlmanların hamisisiniz yoxsa sionist və İsrailin?
Höccətülislam Seyid Həsən Amilinin sözlərinə görə, islam və islami oyanışdan qorxuya düşən sionistlər islam ölkələrində millətçilik və əxlaqsızlıq hünərlərini göstərməyə başlayıb və çalışırlar ki, bu vasitə ilə islamı öz yolundan yayındırsınlar.
İslam ölkələrində sionistlərə özlərini nümayiş etdirmək üçün fürsət yaradan və islamçılara qarşı təzyiq göstərən və repressiya edən hər bir hakimin sionistlərin xeyrinə əməl etdiyini bəyan edən Ərdəbilin imam cüməsi deyib: Bu hakimlərin İsrail rejiminə asılılığı və nökərliyində şübhə etmək olmazı. Necə ki, Tunis və Misirdə Bin Əli və Mübarək kimi diktatorların süqutundan sonra sübut olundu ki, onlar sionistlərin nökərləri idilər və sionistlərdən maaş alırdılar.
Höccətülislam Amili sözlərini davam edib: Hazırda dünyanın idarə olunmasında sionistlər çoxlu nüfuza malikdirlər. Lakin sonda acı və pis nəticə ilə üzləşəcəklər.
"Allah-taala Quranda sionistlərin qara bəxtini vəd edib və buyurub ki, dünyanın sonuna kimi bu tayfa zillət və acınacaqlı şəraitdə olacaq" -deyə Seyid Həsən Amili sözlərinə son qoyub