Qafqaz Müsəlmanları İdarəsinin Şirvan bölgəsi üzrə Qazisi, Mingəçevir şəhərinin Axundu Hacı Xanəli Babayev! Dostunu göstər, deyim kimsən!
wellpromised/Aran agentliyi
Qafqaz Müsəlmanları İdarəsinin Şirvan bölgəsi üzrə Qazisi, Mingəçevir şəhərinin Axundu Hacı Xanəli Babayev! Dostunu göstər, deyim kimsən!
Bəziləri elə bilir ki, adının qarşısında "şeyx" titulu olan bir adam haqqında mənfi fikir bildirməkdən zövq alırıq. Bir olan Allah şahiddir ki, elə o Allahın razılığını qazanmaq məqsədi ilə bu mövzunu başına buraxa bilmirik.
Ləyaqətsiz bir şəxs din xadimi libası geyəndə dinin sütunu uçulur. Sadə xalqı anlatmaq çətindir ki, molla ilə din ayrı-ayrı hadisələrdir. Necə ki, həkimin şəxsiyyətsizliyinin tibbə, müəllimin şəxsiyyətsizliyin məktəbə dəxli yoxdur. İndi nə edək, ağzımıza su alıb oturaq, yoxsa haray çəkək ki, a Millət, səndə dinə ikrah yaradan ləyaqətsiz din xadimlərini şeytan balalayıb? Biz dini vəzifəmizi yerinə yetirərək deyirik: Ruhani cəmiyyətin ən əxlaqlı, ən ədalətli, ən düz insanıdır. Bu tələblərə cavab verməyənlər rola girib düşmən siyasətini həyata keçirir. Həqiqi din xadimləri Hicab kimi müqəddəs dəyər yolunda vuruşan, işgəncəyə məruz qalan, həbs edilənlərdir.
Qayıdaq söhbətin əvvəlinə. Azərbaycanda İslamın cəmiyyətdə qurtuluş yolu kimi görülməməsinin ilkin təqsirkarı elə şeyxdir - Allahşükür Paşazadə. Dostuna baxıb tanıyın bu insanı. Mingəçevirdə Xanəli deyəndə üzlər turşuyur. Adam döymək, oğurlamaq, çeşidli maxinasiyalar ustadı olan bu tipi hörmətli Şeyx Şirvan bölgəsinə qazi təyin edib. Bir neçə il əvvəl yerli mətbuatda Hacı Xanəliyə qarşı çox sərt ittihamlar səsləndirildi və onun adı ən ağır cinayətlərdə çəkildi. Lakin buna baxmayaraq, Hacı Xanəli mühakimə olunmadı və bildirildi ki, onun istintaqa cəlb olunmamasında bütün Qafqazın Şeyxi dəstək olub.
Mingəçevirin axundu olan Hacı Xanəli bu yaxınlara qədər şəhər icra hakimiyyətinin başçısı vəzifəsini tutan və hazırda Zərdab rayonuna rəhbərlik edən qardaşı Lütfəli Babayevin və hörmətli Şeyxin kölgəsində nələr etmir?! Onun son cinayəti haqqında bir-neçə kəlmə.
Bir neçə gün öncə Zərdab şəhər məscidinə əli baltalı qoçular hücum çəkib. Məsciddə dində məşhur "Beş Kimsənə" - Peyğəmbər, Əli, Fatimə, Həsən və Hüseyn (ə) həzrətlərinin adları işlənmiş kaşi sənətkarlıq işi divarlardan qaşınaraq yerə tökülüb. Səbəb: Hacı Xanəli belə istəyir!
Nə düşünürsən şeyx? Hər gün daralan çevrən o qədər kiçilib ki, artıq bir ayaq üstə dayanmısan. O biri ayağa yer tapmayanda üzü ərşə, Allaha doğru qalxmaq zorundasan. Nə cavab verəcəksən Allaha? Nə cavab verəcəksən süfrəsindən yeyib, kölgəsində məst olduğun Ali-əbaya?
Yığ başına Eurovisiona səs yığanları. Eurovision 2009-da L.Babayevin SMS təşkilatçılığı kimsəyə gizli deyil. O zaman mətbuata bildirmişdi ki, Novosibirskdə yaşayan 1000-dən artıq azərbaycanlı ailəsi Aysel-Araş cütlüyünə səs verib: "Təkcə mənim Rusiyada yaşayan qardaşlarım Babayev Hüseyn və Babayev Məhəmməd 10 min manata yaxın səs göndəriblər. Bundan əlavə, orada yaşayan hər azərbaycanlı ailəsi orta hesabla 2 min rubl məbləğində səs göndərib" - demişdi. QMİ onsuz da bekardır və qarşıdan Eurovision 2012 gəlir. Təbliğat kampaniyası QMİ-yə tapşırılsa hökumət uduzmaz.
Babək Təbrizli
HaqqYolu üçün