Həbs edilənlər heç bir siyasi partiyanın üzvü deyillər. Onlar “Inşaatçılar Odası” Ictimai Birliyinin fəallarıdır
wellpromised/Aran agentliyi
Həbs edilənlər heç bir siyasi partiyanın üzvü deyillər. Onlar “Inşaatçılar Odası” Ictimai Birliyinin fəallarıdır. Yaxın dövrlərdə yaradılan və az bir zamanda rayonda xeyli mühəndis və işçisini birləşdirən “Inşaatçılar Odası” Ictimai Birliyinin təsisçilərindən biri olan Şahin Cavadov və təşkilatın üzvü fəhlə Tehran Musayev dünən küçədə təxribatla üzləşiblər. Iki nəfər 30 yaşlı gənc onlara söz atıb, təhqir edib. Şahin Cavadov və Tehran Musayev səbrlə davranıblar və yaxında peyda olan polis işçisinə şikayət ediblər. Sonra polis onları və təxribatçıları polis idarəsinə aparıb, burada polis zərərçəkənləri günahkar çıxarıb və sonda rayon məhkəməsi heç bir əsas olmadan Şahin Cavadova və Tehran Musayevə 3 sutka həbs cəzası verib. Günahkarlar isə sərbəst buraxılıb. Rayon
ictimaiyyəti bu hadisəni “Inşaatçılar Odası” Ictimai Birliyinə təzyiq kimi qiymətləndirir.(Azadlıq qəzeti)