Prezident imzaladığı əfv və cazanın yüngülləşməsi barədə sərəncamı siyahısında dini fəalların, xüsusilə də İslam Partiyasının heç birinin adı yoxdur
g/Aran agentliyi
Aran agentliyi-Azərbaycan Respublikası bölümü
“Arannews”in Azərbaycan Respublikasının rəsmi siyasi mənbələrinə əsasən verdiyi məlumata görə ölkə prezidenti İlham Əliyev cümə axşamı günü bir sıra məhbusların azadlığı və cəzalarının yüngülləşməsi barədə əfv sərəncamı imzalamışdır.
Prezidentin bu əfv fərmanı 80 nəfər məhbusa şamil olmuşdur və “Gündəlik Azərbaycan” qəzetinin sabiq təsisçisi və baş redaktoru Eynulla Fətullayev də bu siyahıdadır.
Bu fərmana əsasən 2 nəfərin cəzası yüngülləşdirilmiş və 8 nəfər cərimə ödəməkdən azad edilmişdir. Prezidentin fərmanının icrası cümə günündən başlamışdır.
Azərbaycan Respublikası prezidentinin əfv fərmanında dini fəalların və İslam Partiyası üzvlərinin azadlığına heç bir işarə edilməmişdir. Bu mövzu islamçıların dövlətə qarşı narazılığının daha da artmasına səbəb olmuşdur.
Hal-hazırda Azərbaycanda məktəblərdə hicabın qadağasına qarşı çıxan onlarla etirazçı, o cümlədən İslam Partiyasının sədri həbsdədirlər.
Bu ölkə üzrə bəzi ekspertlərin nəzərinə əsasən Azərbaycan Respublikası prezidentinin əfv və cəzanın yüngülləşməsi barədə sərəncam imzalaması, dünya insan hüquqları müdafiəsi komitələrininin fikrini ölkədəki vəziyyətdən yayındırmaq və bununla da islami qruplara qarşı məhduduyyətləri artırmaq üçündür.