“Biz müxtəlif görüşlərimizdə ən çox “nə etmək lazımdır?” sualı ətafında müzakirələr aparırdıq
wellpromised/Aran agentliyi
Deyerler.Org: Dünən (27.05.2011) Ziyalılar Forumu, AAMİK və An Network-un təşkilatçılığı ilə “Demokratiyaya doğru 7 addım” İctimai Xartiyanın təqdimatına həsr olunmuş Forum keçirilib. Forumda çıxış edən Eldar Namazov təklif olunan xartiyanın mahiyyətindən danışdı: “Biz müxtəlif görüşlərimizdə ən çox “nə etmək lazımdır?” sualı ətafında müzakirələr aparırdıq. Biz həmişə qeyd edirik ki, Azərbaycan xalqı o xalqdır ki, müsəlman şərqində ilk demokratik cümhuriyyət yaradıb. Biz həmişə qeyd edirik ki, Azərbaycan xalqı o xalqdır ki, azadlıq uğrunda Rusiya tanklarının qarşısına çıxıb. Eyni zamanda o sualın cavabını vermək lazımdır ki, nəyə görə bu gün cəmiyyətdə apatiya, inamsızlıq, pərakəndəlik var. Təklif olunan Xartiyada göstərilən müddəaların dönməzlik prosesinə keçidin əsası kimi hesab edirik ki, Azərbaycanda ilk növbədə çoxpartiyalı əsasda ədalətli parlament seçkiləri keçirilməlidir. Burada sual yarana bilər ki, biz nə üçün prezident seçkiləri haqda fikir irəli sürmürük. Bu haqda biz ciddi müzakirələr aparmışıq. Bu, açıq mesajdır ki, bizim üçün bu islahatları hansı hakimiyyətin keçirməsinin heç bir fərqi yoxdur”.