Tarix : 2011 May 28
Kod 23082

İsrail rejimindən Bakıya növbəti ittiham

İsrail rejimi Azərbaycan Respublikası hökumətini Bakıya səfər zamanı Təl-Əviv başçılarının təhlükəsizliyini təmin etməkdə bacarıqsızlıqda ittiham edib
wellpromised/Aran agentliyi

İsrail rejimi Azərbaycan Respublikası hökumətini Bakıya səfər zamanı Təl-Əviv başçılarının təhlükəsizliyini təmin etməkdə bacarıqsızlıqda ittiham edib.

"Vesti" internet portalının verdiyi məlumata görə, sionist dairələr bildiriblər ki, İsrail rejiminin rabitə naziri Moşe Kahlonun mayın 16-sı və 17-si üçün planlaşdırılmış Bakı səfərinin baş tutmamasının səbəbi təhlükəsizlik məsələlərinə görə Mossadın bu səfərlə müxalifət etməsi olub.

Mossad xəbərdarlıq edib ki, Azərbaycan Republikasında Moşe Kahlona qarşı terror təhlükəsi mövcuddur və beləliklə Kahlonun Bakı səfəri təxirə salınıb. Lakin, onun yerinə İsrailin Rabitə Nazirliyinin baş müdiri Eden Bartal Azərbaycana səfər edib.

Maraqlıdır ki, sionist dairələr Eden Bartalın təhlükəsizliyinin tam təmin olunduğu və Azərbaycan Respublikasının bu sionist rəsmi üçün təhlükəsiz olduğu halda, Bakının Moşe Kahlon üçün necə təhlükəli olduğuna aydınlıq gətirməyiblər.

Mossad son illər ərzində Azərbaycan Respublikasında təhlükəsizlik vəziyyəti ilə bağlı bu kimi iddialar irəli sürməklə bu respublikanın təhlükəsizlik qurumlarına nüfuz etməyə çalışıb.

Azərbaycan Respublikası və sionist dairələr bildiriblər ki, bəzi xarici səfərlər zamanı Azərbaycan Respublikası prezidenti İlham Əliyevin təhlükəsizliyinin təmin edilməsi məsələsi Mossada tapşırılır.

İndiyə kimi Azərbaycan Respublikası rəhbərliyi bu xəbəri təsdiq və ya təkzib etməyib 

  • Yazılıb
  • da (də) 2011 May 28