Tarix : 2011 May 29
Kod 23094

Azərbaycanın həqiqi prezidenti kimdir?

Ramiz Mehdiyev, ya İlham Əliyev? Dövlət daxilindən gizli hakimiyyət davası
wellpromised/Aran agentliyi

 

Aran agentliyi-Azərbaycan Respublikası bölümü

 “Arannews”in verdiyi xəbərə əsasən, Respublikası Prezidenti Adminstrasiyasının adınının açaıqlanmasını istəməyən dövlət məsul işçilərindən biri ölkə Prezidenti ilə Azərbaycan Respublikası Prezidenti Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyev arasında güclü fikir ayrılığının olmasını açıqladı. Bu açıqlamaya əsasən Azərbaycan Respublikası hakimiyyətində müxtəlif qrupların şərik olmasına baxmayaraq, bu arada ateist və kommunist fikirli Ramiz Mehdiyevin qrupu, İlham Əliyevin qrupundan nüfuzludur və son illər dövlət qarşısında bir çox problemlər yaratmışlar.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin qrupu islamçılarla siyasi-ictimai qarşıdurmanı minimum həddə endirmək fikrində olub və öz qeyri-dinin siyasətlərini belə yumşaq yolla həyata keçirmək istəmir, hökumətin dindarlara qarşılaşmasını öz hakimiyyətlərinin süqutu bilir. Bu qrup çalışır ki, Qafqaz Müsəlmanları İdarəsinin və Allaşükür Paşazadənin vasitəsilə hökumətlə dindarlar arasında barışıq yaratsın. Çünki onlar ölkənin bütün nöqtələrində dindarların nüfuzunu aydıncasına dərk edir və hətta bundan istifadə edərək öz hakimiyyətlərini möhkəmləndirmək fikrindədirlər.

Bu qrupun qarşısında Ramiz Mehdiyevin qrupu dindarlarla hər növ yaxınlaşmanın əleyhinədir və öz ateist fikirlərindən təqlid edərək, islamçıların sıxışdırılmasını və hər növ dini simvolun yığışdırılmasını istəyir. Sionistlər tərəfidən dəstəklənən Ramiz Mehdiyevin tərəfdarları və həmkarları İlham Əliyevi prezidentliyə layiq bilmir və özlərini hakimiyyətə daha layiqli hesab edirlər. Onlar güclü mafiyalar, çirkli pullar vasitəsilə dövlətə təzyiq göstərmək və münasib bir fürsətdən istifafədə edərək hakimiyyəti ələ keçirmək istəyir.

Deyilənlərə əsasən, Ramiz Mehdiyevin qrupu dindarların, hicab müdafiəçilərinin və İslam Partiyasının sıxışdırılmasını istəyir, bunun qarşısında isə zahirən prezident İlham Əliyev dindarlar və müxaliflərlə bir araya gəlmək fikrindədir. Əlbəttə, hal-hazırkı vəziyyət Ramiz Mehdiyev qrupunun İlham Əliyev qrupundan nüfuzlu olmasını göstərir. Belə ki, bu iki qrupun son qarşıdurmasında Ramiz Mehdiyevin qrupu, Prezident İlham Əliyevi məcbur etmişlər ki, həbsxanada olan dindarların, xüsusilə də doktor Mövsüm Səmədovun adını əfv və cəzanın azalması barədə olan sıyahıdan çıxarsın.

Qeyd edək ki, bir neçə aydır ki, Azərbaycan Respublikası İslam Partiyasının sədri və onunla birlikdə bu partiyanın bir neçə məsul üzvü ölkə təhsil ocaqlarında hicabın qadağan olması ilə bağlı etirazlarına görə həbs edilmiş və hələ də həbsxanadadırlar. Xalqın islamçıların azad olmasını dəfələrlə istəməsinə baxmayaraq bu tələb hələ də nəticəsiz qalmışdır.

  

  • Yazılıb
  • da (də) 2011 May 29