May ayının 6-sı ''Hicaba Azadlıq!'' şüarı ilə keçirilən aksiyada həbs edilən tanınmış ilahiyyatçı Hacı Tale Bağırovdan yeni məlumatlar əldə edib
wellpromised/Aran agentliyi
HaqqYolu - May ayının 6-sı "Hicaba Azadlıq!" şüarı ilə keçirilən aksiyada həbs edilən tanınmış ilahiyyatçı Hacı Tale Bağırovdan yeni məlumatlar əldə edib.
Azadxeber.az saytının müxbiri Nicat Əliyevin verdiyi məlumata görə, Tale Bağırov ilk öncə Xanım Fatimeyi Zəhra (s.a)-nın mövlud günü ilə əlaqədar bütün müsəlman xanımları təbrik edərək Həzrəti Fatimeyi Zəhradan ibrət alaraq yaşamağımızı arzu edib.
Daha sonra ilahiyyatçı məktub vasitəsi ilə Azərbaycan xalqına müraciət edib.
Məktubun mətni belədir:
"Salam olsun haqsızlıqla barışmayan müsəlman bacı və qardaşlarıma!
Tarix boyu haqqla batil qarşı-qarşıya gəlmiş və batil məğlubiyyətə uğramışdır. Quran məntiqində bunu sübut edir: "Haqq gəldi batil aradan getməlidir".
Artıq bir neçə müddətdir ki, doğma vətənimizdə sionist nökərləri müsəlman xalqımızın milli-mənəvi dəyərlərinə qarşı mübarizə aparır. Amma sionist nökərləri batil olduqlarına görə, gec-tez haqqın müqabilində aradan getməlidirlər.
Son zamanlar ərəb dünyasında baş verən hadisələr buna sübutdur.
Misir diktatoru Hüsnü Mübarək sionistlərin bir nömrəli nökərlərindən idi və bütün dünya da onun necə rüsvay olduğunu müşahidə etdi. Şübhəsiz Hüsnü Mübarəkin acı aqibətindən Azərbaycanda sionistlərə xidmət edənlər də ibrət götürməlidirlər. Amma çox təəsüf ki, hələdə Xırdalan şəhərində Hüsnü Mübarəkin heykəli mövcuddur. Bu isə onu sübut edir ki, sionist nökərləri ağalarına tam sadiqdirlər və Hüsnü Mübarəkdə onların doğma qardaşıdır. Belədə olmalıdır. Çünki dikdator, dikdatoru sevər.
Elə bu səbəbdən hal-hazırda orta təhsil məktəblərində hicab qadağası mövcuddur. "Ağaları nökərlərinə belə sifariş edib".
Gec-tez müsəlman xalqı bu xəyanətin qarşısını alacaq. Biz haqsızlığa, zülmə göz yuma bilmərik. Çünki bizlər İmam Huseyn (ə)-ın məktəbinin təlim-tərbiyəsi altında böyümüşük.
Bu məktəbin əsas şüarı bundan ibarətdir; "Haqsızlığa, zülmə boyun əyilməz".
Milli qəhramanımız şəhid Seyyid Mübarizdə bu məktəbin əlaçı şagirdlərindən idi. O zülmə qarşı mübarizə aparıb, bu yolda canını fəda etdi. Amma şəhid Mübarizlə bizim fərqimiz bundan ibarətdir ki, o, ölkə xaricində olan ermənilərlə mübarizə aparırdı, biz isə ölkə daxilində olan ermənilərlə mübarizə aparırıq.
Əmin olun ki, Mübariz sağ olsaydı bizimlə çiyin-çiyinə mübarizə aparardı.
Bizim heç bir qüvvədən qorxumuz yoxdur. Bizim arxamızda Uca Allahımız var. Biz hicabın azadlığı uğrunda öz azadlığımızı fəda etməyə belə hazırıq.
Zillətlə yaşamaqdansa izzətlə ölmək şərəflidir.
Vəssalamu aleykum və rəhmətullahi və bərəkətuh..."