Tarix : 2011 May 30
Kod 23120

Qusar dindarları repressiya edilir

Qusarda dindarların iki-iki gəzməsinə icazə verilmir. Sayları 3 nəfərə çatdıqda isə problem daha da böyüyür, vəziyyət mürəkkəbləşir
wellpromised/Aran agentliyi

Bakı polisinin Xanım Fatimənin(s.ə) səadətli mövludu münasibəti ilə dindarların Dənizkənarı Milli Parkda gəzintisinə mane olmasının ardınca, Qusar rayonunda dindarlara qarşı qeyri-qanuni təzyiqlər artmağa başlayıb.

Qusar sakinlərindən bir qrupu KİV-lərə verdikləri açıqlamada bildiriblər ki, bəzi dindarlar saqqallarının uzun olmasına görə polis əməkdaşları tərəfindən saxlanaraq, polis bölməsinə aparılıblar və onla qarşı xoşagəlməz hərəkətlərə yol verilib.

Kamal Bağışov deyib: Qusarda dindarların iki-iki gəzməsinə icazə verilmir. Sayları 3 nəfərə çatdıqda isə problem daha da böyüyür, vəziyyət mürəkkəbləşir.

Qusar rayonunda bir kəndin sakinləri bildiriblər ki, onlar məcburi şəkildə polis bölməsinə aparılıblar. Orada isə onların saqqalı zorla qırxılıb və onlara qarşı təhqiramiz hərəkətlərə yol verilib. Hətta, polis əməkdaşları onları hədələyiblər ki, baş verənlər haqda Bakıya, yuxarı orqanlara şikayət edəcəkləri təqdirdə evlərindən silah və hərbi sursat da "kəşf" edəcəklər.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Mətbuat İdarəsinin şöbə müdirlərindən olan Orxan Mənsurov bu məsələ ilə bağlı açıqlamasında deyib: Qeyd olunan şəxslərin hər biri ayrı-ayrılıqda inzibati qaydaların pozulması ittihamı ilə polis bölməsinə aparılıblar.

O.Mənsurov dindarlara qarşı xoşagəlməz rəftarlar və təzyiqlər haqdakı açıqlamasının davamında deyib: Azərbaycan Respublikası dünyəviçi və hüquqi bir ölkə olmasına habelə, dini tolerantlığına görə digər ölkələr üçün nümunə sayılır və ölkədə kiminsə dini baxışlarına və inancına görə repressiya edilməsi haqdakı iddialar həqiqətlərdən uzaqdır 

  • Yazılıb
  • da (də) 2011 May 30