Tarix : 2011 May 30
Kod 23122

Abxaziya separatçılarının lideri öldü

Abxaziyadakı separatçı rejimin lideri Sergey Baqapş ölümündən əvvəl varisinin adını çəkməyib.
wellpromised/Aran agentliyi

Abxaziyadakı separatçı rejimin lideri Sergey Baqapş ölümündən əvvəl varisinin adını çəkməyib. Milli.Az xəbər portalı "Kommersant"a istinadən bildirir ki, yaxın üç ay ərzində onun yerinə yeni adam seçilməlidir.

Suxumidəki separatçıların lideri postuna real namizəd olaraq iki nəfər sayılır. Onlar 59 yaşlı Aleksandr Ankvab və 60 yaşlı Sergey Şambadır.

Ankvabla müqayisədə, Şamba daha liberal şəxs sayılır.

Hazırda Suxumidəki separatçı rejim adları çəkilən iki şəxsin tərəfdarlarından ibarət düşərgələrə parçalanıb. Siyasi müşahidəçilər didişmələrin daha da güclənəcəyini deyirlər.

63 yaşlı Baqapşın ölüm səbəbinə gəldikdə isə, onun ağciyərində keçirilmiş cərrahiyyə əməliyyatına dözmədiyi bildirilir.

Üç gün koma vəziyyətində olan Baqapş özünə gəlmədən ölüb. 

  • Yazılıb
  • da (də) 2011 May 30