Tarix : 2011 May 30
Kod 23124

Hacıağa Nuriyev: İran Azərbaycan qüvvələrinə təlim verdiyi zaman Azərbaycanın müdafiə naziri və d...

Yaxşı olar ki, onlar bu barədə danışmasınlar. Çünki Qarabağı özləri veriblər
g/Aran agentliyi

 

Aran agentliyi/Azərbaycan Respublikası bölümü

 

Qeyd:

Ərdəbil imam cüməsinin mərhum Hacı Əlikrəm Əliyevin anım mərasimində Qarabağ barədə indiyə qədər açıqlanmamış faktların bəyanından bir ay ötməsinə baxmayaraq, hələ də bu mövzu Azərbaycan mediyasında gündəmdə olan məsələlərdəndir. Bu mövzu ilə əlaqədar Azərbycan İslam Partiyasının sabiq sədri Hacıağa Nuriyevdən qısa müsahibə aldıq.

 

Cənab Hacıağa Nuriyev, bildiyiniz kimi Ərdəbil imam cüməsinin mərhum Hacı Əlikrəm Əliyevin anım mərasimidəaçıqlama verdi və Qarabağ müharibəsi barədə indiyə qədər açıqlanmayan məsələləri, xüsusilə də  İranın Azərbaycan Respublikasına hərtərəfli yardımlarını açıqladı. Bu bəyanatın Azərbaycnda əksül-əməli barədə məlumat vermənizi xahiş edirik.

 

Bismillahir-rəhmanir-rəhim. Ərdəbilin imam cüməsi Ayətullah Amilinin söhbətləri Azərbaycan xalqı üçün həmişə ümidverici olmuşdur. Onun son açıqlaması da indiyə qədər gizli qalmış həqiqətlər idi. Bu həqiqətlərin neçə illər əksinə cilvələndirilmiş və bununla da Azərbaycanın gənc nəslini İrana qarşı narazı salmışdır. Lakin bu açıqlamadan və onun Azərbaycan mediasında geniş yayımlanmasından sonra çoxlu sayda camaat həqiqəti bildi və Qarabağın işğalının əsas səbəblərini başa düşdülər.

 

Son günlər Azərbaycanın bəzi telekanallarının öz verlişlərində Ayətullah Amilinin bəyanatını inkar etməsinin şahidi oluruq. Bu barədə nə deyə bilərsiniz?

 

Əvvəla, Ayətullah Amilinin dediklərini inkar etməyin faydası yoxdur. Çünki bu bir həqiqətdir. Azərbayanda İranda hərbi təlim görmüş şəxslərin sayı o qədər çoxdur ki, özü məsələni işıqlandırar, amma bundan qabaq bəzi səbəblərdən bu işi etməyiblər. Bundan əlavə İranlılar vasitəsilə təlim görmüş bir çox şəxslər vardır ki, Heydər Əliyevin hüzuru ilə bəzi parad mərasimləri keçirmişlər. Bu paradlardan bəzilərində iranlı generallar da iştirak etmişdir və bu paradların təsviri mövcuddur. İkincisi isə budur ki, Patrlamentin sabiq spikeri, Xudu Xudiyev və s. kimi  tanınmış şəxslər İranın ölkəmizə hərbi yardımlarını təsdiq edirlər. Misal olaraq deyə bilərəm ki, hal-hazırda təqaüddə olan hərbçi Xudu Xuduyev İran qüvvələrinin Ağdamın kəndələrini ermənilərdən geri alaraq azad etməsini, həmişə Azərbaycan qüvvələrinə təlim vermələrini və kömək etmələrini aşkar deyir.

 

Bu açıqlama ilə, Qarabağın işğalı zamanı Rəhim Qazıyev və İsgəndər Həmidov kimi ölkənizdə məsuliyyət daşımış kəslər İranın Azərbaycana hərtərəfli yardımını nə üçün danırlar?

 

Elə bilirəm ki, onların bundan başqa çarələri yoxdur. Əlbəttə, yaxşı olar ki, Qarabağın işğalı zamanı müdafiə naziri və xarici işlər naziri olanlar, bu barədə heç danışmasınlar. Çünki onlar özləri Qarabağı ermənilərə veriblər. İranın Azərbaycan qüvvələrinə hərbi təlim verdiyi zaman bu cənablar rus generalları ilə müamilə edirdilər. Hər bir şəhər işğal olduqda onların sevincləri artırdı və özlərini rus generallarının razılığını qazanmaq olan hədəflərinə daha yaxın görürdülər. Onlar özləri Şuşanı ermənilərə təhvil verdilər.

 

Hal-hazırda Azərbaycan dövlətinin bu məsələ barədə mövqeyi nədir? Və sizin nəzərinizcə bunu inkar edənlər nə məqsəd güdürlər?

 

Dövlətimizin Qarabağ müharibəsi barədə həqiqətlərin açıqlanmasını istəməməsi  doğrudur.Çünki İranın ölkəmizə yardımları barədə neçə illər susublar, hətta onlardan bəzilərini əks cilvələndiriblər. Hal-hazırda dövlət İranın ölkəmizə hərbi köməklərini nə inkar edir, nə də təsdiq. Həqiqətdə zahiri sükut siyasəti tutub. Mənə elə gəlir ki, bu mövzuda əli olanlar İsrail və Amerika yolunu tutmuş satılmış və qərbpərəst kəslərdir. Çünki onlar Azərbaycan camaatının zehnində yaranmış anlaşılmazlıqları aradan qaldırmaq fikrində deyillər və həmişə İranla ölkəmiz arasında kin-küdurət olmasını istəyirlər ki, bununla da ölkəmizdən daha yaxşı istifadə etsinlər və sərvətimizi talasınlar.

 

Bizə vaxt verdiyiniz üçün sizə təşəkkür edirik.

 

Mən də öz növbəmdə Azərbaycan və İranda ümumi fikirləri işıqlandırmağa çalışdığınız üçün sizə təşəkkür edirəm.

  • Yazılıb
  • da (də) 2011 May 30