Bakı dövlətinin kobud hərəkətləri dini düşüncələrin dərinləşməsinin qarşısını ala bilməcəyək və hətta Azərbaycan xalqının şiə etiqadının güclənməsinə səbəb olacaqdır
g/Aran agentliyi
Aran agentliyi/Azərbaycan Respublikası bölümü
"Arannews"in 598 beynəlxalq informasiya mərkəzinə istinadla verdiyi məlumata əsasən, bu mərkəz Azərbaycan Respublikasında müxtəlif xalq qruplarının və siyasi qanadların dini fəalların və şiə ruhanilərin həbsinə, həmçinin təhsil ocaqlarırnda hicabın qadağan olmasına etirazlarının artması və davamı ilə əlaqədar olaraq, Qafqaz və Azərbaycan məntəqələri siyasi məsələləri üzrə ekspert cənab Həsən guludan müsahibə almışdır. Bu müsahibəni sizə təqdim edirik.
Sizin nəzərinizcə, Azərbaycan dövlətinin bu ölkə şiələrinə qarşı təzyiqinin, yenidən ruhanilərin və dindarların həbsinə başlamasının, həmçinin hicablı qadınların təhsil ocaqlarına daxil olmalarının qadağan etməsinin səbəbi nədir?
Azərbaycan şiələri barədə kamil tanışlıq əldə etmək üçün iki əsr geriyə; Gülüstan və Türkmənçay müqavilələrinin bağlandığı bir zamana qayıtmağa məcburuq. Bu dövrədən sonra Azərbaycan şiələrinin tarixi barədə araşdırma aparaq.
Gülüstan və Türkmənçay müqavilələrindən sonra o zamanlar hal-hazırkı adından başqa bir adla tanınan Azərbaycan Respublikası İran dövlətinin hakimiyyəti altında idi və o vaxtkı İranın ərazisindən hesab olurdu. İran və ruslar arasında baş verən müharibələr – zamanın vəziyyətini nəzərə almaqla – Gülüstan və Türkmənçay müqavilələrinin bağlanması ilə nəticəsindi və bu məntəqə hal-hazırda Gürcüstan, Ermənistan və şimali Qafqazın bəzi hissələrinə şamil olan başqa ərazilərlə birlikdə İrandan qoparıldı. Bu coğrafi və siyasi ayrılıq həmin məntəqələrin uzun müddət İrandan mədəni ayrılığına gətirib çıxara bilmədi. Misal olaraq demək olar ki, ayrılıq dövründən başlayaraq məntəqədə dini təbliğlə məşğul olan alimlərkommunistlərin zamanında öz dini və mədəni dəyərlərini qorumaq üçün şəhid, ya sürgün oldular.
SSRİ-nin dağılmasından sonra, həqiqətdəAzərbaycan Respublikasının müstəqilliyindən sonra təzyiqlər azqldı, lakin bu ölkənin şiələrinəqarşı zülm ayrı şəkildədavam etməyəbaşladı. Həqiqətdəonların öz tarixi varlıqlarına qayıtmaqlarının bir daha qarşısı alındı. Azərbaycanın siyasi hakimlərinin siyasətlərindən biri dəAzərbaycan xalqı arasında şiətəfəkkürünün yayılmasının qarşısını almaq idi. Amma məntəqədəbaş verən hadisələr, xüsusilədəİran İslam İnqilabı vəİranda şiədövlətinin qərarlaşdıran otuz illik proseslər, habeləLivanda baş vermiş son dəyişikliklər, dünya səviyyəsindədini məsələlərəqarşı ümumi fikrin oyanması Azərbaycandan da yan keçmədi. Bu günləri biz görürük ki, Azərbaycan şiələri artıq öz heysiyyətlərinəinanırlar. Bu günləri artıq Azərbaycan xalqının əksəriyyəri bu qənaətəgəlmişdir ki, öz etiqad vəinanclarını qorumaq üçün gərək səylərini göstərsinlər. Hal-hazırda Azərbaycan hakimiyyətinin bu proseslərin vəislami təfəkkürün qarşısında bir gün məscid sökməklə, bir gün hicabı qadağan etməklə, bir gün dini fəalları həbs etməkləproblemlər yaratmasının şahidiyik. Əlbəttə, tarix göstərmişdir ki, bu mənfi addımlar sözü gedən proseslərin qarşısını ala bilməmiş, hətta əksinəolaraq Azərbaycanda xalqın daha da ayıqlığına, şiəetiqadının güclənməsinəsəbəb olmuşdur. Ona görə də biz hal-hazırda bu ölkədə dindarların sayının artmasının və inanclarının artmasının şahidiyik.
Hicab mövzusu Azərbaycanın müstəqilliyinin ilk dövrlərində elə də mühüm bir mövzu deyildi. Amma hal-hazırda bu ölkədə hicablı qadınların gündən-günə artmasının şahidiyik. Azərbaycan dövlətini qorxudan da hicabın ölkədə artmasıdır. Dövlət də hicabın artmasının qarşısını almaq fikrindədir. Amma onların əməlləri bu günləri nəzərə çarpacaq dərəcədə camaatın – müəllim, tələbə, dövlət işçisi, islami fəallar, İslam Partiyası və digər islami təşkilatların – onların qarşısında dayanmasına və kənara çəkilmək fikrində olmamalarına, mitinqlər təşkil etmələrinə səbəb olmuşdur. Bildiyiniz kimi indi də bir sıra islami fəallar həbsdədirlər və bunlar Azərbaycan xalqının öz etiqadlarını, dini və milli dəyərlərini qorumaq üçün verdiyi qurbanlardır.
Azərbaycanda vəhabi hərəkatları, Amerika və qərbin bu hərəkatları dəstəkləməsi, dövlətin buna qarşı mövqeyi bardə bizə açıqlama vermənizi xahiş edirik.
Vəhabilər dində azğın fikirləri yayan dövlətlərin dəstəyi, maddi və fikri himayəsi ilə öz hərəkatlarına başlardılar və möhkəm davam etdirdilər. Onlar Azərbaycanın bəzi gənclərinin maddi problemlərindən sui-istifadə edərək, onları vəhabiliyə çəkirdilər. Bu gediş artıq öz qabaqkı gücünü itirmişdir. Azərbaycan dövləti də bu hərəkatı öz mənafeləri ilə bir növ uyğun görmədiyi üçün onları dəstəkləmədi.
Azərbaycan məsələləri barədə qəbul etməyə məcbur olduğumuz acı bir həqiqət budur ki, biz bu barədə passiv əməl etmişik. Təəssüflər olsun ki, bu nə bizim milli mənafelərimizə uyğundur, nə də şiəçilik vəzifələrimizə. Biz dünyanın hər harasında olursa olsun, islami və şiə təfəkküründən, zəiflərdən müdafiə etməliyik.
İran İslam Respublikası sovet ittifaqının dağılmasından sonra Azərbaycan Respublikasına qarşı hüsnü-niyyətini göstərmiş və tarixi məsələlərdən göz yumaraq Azərbaycanın müstəqilliyini tanımışdır. Amma İran dövlətinin bu əməli qarşısında Azərbaycan dövlətləri (məqsədim Azərbaycanda hakimiyyətə gələn dövlətlərdir) ümumi olaraq hüsnü-niyyət göstədmədilər və tarixi bəhsləri saxta və əks təsvirlərlə önə çəkərək, həmişə İran və Azərbaycanın arasını qeyri-adi cilvələndirməyə çalışdılar. Bu ölkədəki İranın ziddinə olan və sionistlərdən kömək alanlar bu işlə məşğul olurlar.
Həqiqətən, biz bu barədə münasib əksül-əməl göstərmədik. Əlbəttə, İran İslam Respublikasında müxtəlif xalq cəmiyyətlərinin bu məsələlərdə fəaliyyəti və Azərbaycan şiələrinin taleyi barədə maraqlanmaları İranın inqilabçı xalqının məntəqədəki məsələlərə və dünya şiələri məsələlərinə nə qədər əhəmiyyət verməsini göstərir. Həmin hicabla bağlı irəli gəlmiş məsələdə camaatın Azərbaycanın Təbrizdəki konsulluğu və Tehrandakı səfirliyi qarşısındakı mitinqi, habelə İran xalqının, xüsusilə də azərilər yaşayan məntəqələrin Azərbaycanda dini məhduduyyətlərə qarşı nigərançılığı və məscidlərin sökülməsinə qarşı əksül-əməli bizim çox güclü xalq potensialına malik olmağımızı göstərir.