Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Əhəd Məmmədli və bitərəf Elnur İsrafilovun apellyasiya şikayətləri təmin olunmayıb
wellpromised/Aran agentliyi
İctimai Palatanın aprelin 2-də Bakıda keçirdiyi mitinqə görə həbs olunan Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Əhəd Məmmədli və gözdən əlil, bitərəf Elnur İsrəfilovun həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair vəsatətin təmin olunmamasından verilən apellyasiya şikayətləri təmin olunmayıb.
Qeyd edək ki, Əhəd Məmmədli Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu hərəkətlərdə iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndələrinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə), Elnur İsrafilov isə 233-cü maddəsi ilə ittiham olunur.