Gürcüstanın paytaxtı Tiflisdə prezident Mixail Saakaşvilinin itefaya getməsi tələbi ilə etiraz aksiyası keçirilib
wellpromised/Aran agentliyi
HaqqYolu - Gürcüstanın paytaxtı Tiflisdə prezident Mixail Saakaşvilinin itefaya getməsi tələbi ilə etiraz aksiyası keçirilib. Bir neçə ali məktəbin tələbələri Rustaveli prospektində parlament binası önündə mitinq keçiririblər, - “Vesti” xəbər verir.
Verilən məlumata görə, tələbələr əsasən mayın 26-da müxalifətin mitinqi dağıdılan zaman baş vermiş faciəni ciddi şəkildə araşdırmağı və prezidentin istefaya göndərilməsini tələb ediblər.
Eyni zamanda Gürcüstan Daxili İşlər Nazirliyi ölkədə dövlət çevrilişi cəhdi barədə əlbirliyin üstünün açıldığını bildirib. Dövlət çevrilişi üçün qanunsuz silahlı qruplaşmalar yaratmaq ittihamı müxalifət liderlərindən olan Nino Burcanadzenin həyat yoldaşı Badri Bitsadzeyə qarşı irəli sürülüb. O, hələlik həbs edilməyib. Lakin “Milli İnananlar Hərəkatı”nın hərbi qanadının 24 üzvü artıq saxlanılıb.