Tarix : 2011 May 31
Kod 23146

Hacı İlqar İbrahimoğlu: ''Terrorla mübarizədə ''yeni paradiqma'' yaratmaq lazımdır''

''Buş da Bin Laden qədər cinayətkardır''
wellpromised/Aran agentliyi

"Buş da Bin Laden qədər cinayətkardır". Bunu Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin (DEVAMM) sədri Hacı İlqar İbrahimoğlu "Mehrnews" agentliyinə müsahibəsində qeyd edib.

Terrorizm və ona verilən təriflərdən danışan İlqar İbrahimoğlu bildirib ki, terrora verilən maraqlı təriflərindən biri də bir alim tərəfindən verilən tərifdir. "Bu tərifdə bu cür qeyd olunub ki, əgər günahsız bir insana zülm edilsə, yaxud haqq etdiyi cəzadan artıq zülm edilsə, bu, terror adlanır. Və İslam bunların heç birini qəbul etmir, əksinə rədd edir", - deyə İlqar İbrahimoğlu qeyd edib.

Dünya dövlətlərinin terrora praktik yanaşmasından və terrorla mübarizəsindən söz açan DEVAMM sədri bildirib ki, təəssüflər olsun ki, hökumətlər və dövlətlər terrora öz maraqları prizmasından baxırlar. "Mən düşünürəm ki, qeyri-hökumət təşkilatları bu sahədə daha yaxşı təsirə malik ola bilərlər. Və bu prosses artıq başlayıb".

Eyni zamanda Yaxın Şərqdə terrorizmlə mübarizədə nə etməlilərə toxunan "Deyerler.AİN" informasiya portalının baş redaktoru qeyd etdi ki, İslam alimləri nəzəri baxımdan terroru "Yeni Kəlam" elmi sahəsində müzakirə etməlidirlər: "Çünki artıq müxatab dəyişib. 50 il əvvəl qiymətləndirilən terrorla bugünkü terror eyni deyil. Müxatabın dəyişməsinə diqqəti çəkərək qeyd etmək istəyirəm ki, İslamın zəngin mənbələrinə və əqlaniyyətinə söykənərək, alimlər terrorla mübarizə sahəsində nəzəri bəhsləri çox irəli gətirə bilərlər. Düşünürəm ki, bu sahədə işlər görməyə başlamalıyıq. Digər bir məsələ də bundan ibarətdir ki, müsəlman ölkələri qeyri-hökumət təşkilatı məsələsini inkişaf etməlidir".

Yaxın Şərqə terror fenomeninin güclənməsində dünya güclərinin təsirinə toxunan İlqar İbrahimoğlu, Buşun da ən azı Bin Laden qədər günahkar olduğunu qeyd etdi: "Biz Corc Buş dönəminə diqqət yetirdikdə görürük ki, Buş özü dövlət terrorunun bir simvolu idi. Yəni bu gün Bin Laden barəsində deyilənlər, Corc Buş barəsində də deyilməlidir. Çünki Buşun cinayətləri heç də Bin Ladenin cinayətlərindən az olmayıb. Ona görə də müsəlmanlar, düşünənlər, agah və oyaq vicdana sahib olanlar "yeni paradiqma" yaratmalıdırlar. "Yeni paradiqma" bir modeldir ki, Allahla əlaqəsi var. Və əgər biz belə etməriksə, geri düşəcəyik. Biz cəsarətli və novator olmalıyıq. Və bundan sonra məsələnin həlli üçün təşəbbüs göstərməliyik".

/news/Deyerler

 

 

 

  

  • Yazılıb
  • da (də) 2011 May 31