Əmrdə ölkəmizin ümumtəhsil məktəblərində təşkil olunan “Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət ...
wellpromised/Aran agentliyi
İslam-Azeri.az İnternet qəzetinin nazirliyin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, əmrə əsasən “Son zəng” tədbiri 31 may 2011-ci il tarixdə saat 10:00-dan başlayaraq üç saat müddətində yalnız təhsil müəssisələrinin ərazisində keçiriləcək.
Əmrdə ölkəmizin ümumtəhsil məktəblərində təşkil olunan “Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələrinin iştirakının təmin edilməsi nəzərdə tutulub. Eyni zamanda əmrdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələrinə “Son zəng”in məzmunlu keçirilməsi ilə bağlı təşkilati işlərin vaxtında başa çatdırılması, şagirdlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsinə dair tapşırıqlar verilib.
“Son zəng” tədbirini məzunların həyatında yaddaqalan və əlamətdar hadisəyə çevirmək üçün valideynlərlə pedaqoji kollektivin birgə səmərəli fəaliyyətinə nail olunması da əmrdə nəzərdə tutulan məsələlərdəndir.
Qeyd edək ki, bu il paytaxtın 23 minə yaxın XI sinif şagirdi oxuduğu təhsil ocağına əlvida deyəcək . Cari tədris ilində IX sinfi başa vuran şagirdlərin sayı isə 31 minə yaxın olacaq. 2011- 2012- ci tədris ilində Bakı məktəblərinin I siniflərinə 30 minə yaxın uşağın qəbulu gözlənilir.