wellpromised/Aran agentliyi
Sionist rejim Türk hökümətinin boykot etməsindən nigaran olub.
İslam-Azeri İnternet qəzetinin İsrail mediasına istinadən verdiyi xəbərə görə, işğalçı İsrail rejiminin "müstəqillik" günündə İsrailin Ankaradakı səfirliyində keçirilən bayram tədbirində heç bir Türkiyənin dövlət naziri iştirak etməyib.
Türkiyənin Xarici İşlər Nazirliyi bunu "boykot" adlandırmasada, İsrail rejimi tərəfi bunun tam əksini düşünür.
Lakin XİN başçısı Əhməd Davudoğlu bu barədə deyib: "Baş vermiş hadisənin iki hökümətin arasında soyuqluq yaratdığını danmaq olmaz".
Qeyd edək ki, sabah İsrail rejiminin Türkiyədən Qəzzəyə yola düşən "Mavi Mərmərə" humanitar gəmisinə hücum etməsinin ildönümüdür.