Talış Mədəniyyət Mərkəzinin (RTMM) rəhbəri və ''Tolışi Sədo'' (''Talışın Səsi'') qəzetinin baş redaktoru
wellpromised/Aran agentliyi
Talış Mədəniyyət Mərkəzinin (RTMM) rəhbəri və "Tolışi Sədo" ("Talışın Səsi") qəzetinin baş redaktoru
prof. Novruzəli Məmmədovun hüquqlarını reabilitasiya Komitəsinin Sədri Hilal Məmmədov yenicə həbsdən azad olunmuş jurnalist Eynulla Fətullayevi Azərbaycan ictimaiyyətinə N.Məmmədovla bağlı bütün həqiqətləri çatdırmağı xahiş edib.
Komitənin sədri Dr.Hilal Məmmədov və N.Məmmədovun həyat yoldaşı Məryəm Məmmədovanın imzası ilə yazılmış məktubda qeyd olunur : " Cənab Eynulla Fətullayev!
Sizin 4 illik zindan əzab-əziyyətlərindən qurtulmağınız bizi xeyli sevindirdi. Həbsdə olduğunuz bu 4 il ərzində çəkdiyiniz bütün haqsız zülm və iztirabları ürək
ağrısı ilə izləmiş və bunun daha faciəvi nəticələnə biləcəyindən qorxurduq. Bu qorxumuz da təsadüfi olmayıb, bilavasitə N.Məmmədovun özünün və ailəsinin yaşadığı faciə ilə bağlı idi. Artıq N.Məmmədov və ailəsi yoxdur. Onlar məhv edilmişdir. Məhz sizin və ailənizin də gözlənilə bilən belə bir faciəvi həyatdan qurtula bildiyinizə görə sevinir və Allaha dua edirik ki Sizi sonra da qorusun. Geniş Azərbaycan ictimaiyyətindən fərqli olaraq, N.Məmmədovun haqsız olaraq həbs edildiyi ilk gündən bu günədək, o cümlədən, azadlığa çıxdığınız ilk gündəki
müsahibənizdə də onu inadla müdafiə etdiyinizə görə sizə dərin minnətdarlığımızı
bildiririk. Əminik ki, yaxın gələcəkdə nəşrini bərpa edəcəyiniz "Realnıy Azərbaycan" qəzetinin səhifələrində bu mövzuya bir daha geniş yer verməklə Azərbaycan ictimaiyyətinə N.Məmmədovla bağlı bütün həqiqətləri çatdıracaqsınız."