Tarix : 2011 May 31
Kod 23151

AİP dəyirmi masa keçirdi

Bu gün Azərbaycan Media Mərkəzində Azərbaycan İslam Partiyasının təşkilatçılığı ilə “Azərbaycanın “Qoşulmama hərəkatı”na daimi üzvlüyü nəyi dəyişəcək” ...
wellpromised/Aran agentliyi

 

Bu gün Azərbaycan Media Mərkəzində Azərbaycan İslam Partiyasının təşkilatçılığı ilə “Azərbaycanın “Qoşulmama hərəkatı”na daimi üzvlüyü nəyi dəyişəcək” mövzusunda dəyirmi masa keçirilib.

Bu məlumata əsasən dəyirmi masada ölkədə fəaliyyət göstərən bəzi siyasi partiyaların və ictimai təşkilatların nümayəndələri iştirak edib.

Müzakirəni AİP mətbuat xidmətinin rəhbəri Cavid Alışov açaraq mövzunun son günlər ölkə mətbuatında və ictimaiyyət arasında diqqətdə olduğunu vurğulayıb. Sonra C.Alışov sözü AİP sədrinin müavini Akif Heydərliyə verib.

A.Heydərli Azərbaycanın Qoşulmama hərəkatına üzvlüyünü təqdir etdiyini bildirib. Onun fikrincə, Azərbaycan R-nın bu təşkilata üzvlüyü, ölkənin bəzi taleyüklü problemlərinin həllinə yardımçı ola bilər.

Birlik Partiyasının sədri Xudu Xudiyev, Yaşıllar Partiyasının sədri Mayis Güləliyev və başqaları müzakirələrə qatılaraq maraqlı fikirlər səsləndiriblər.

İslam Partiyasının sədri Elçin Manafov qeyd edib ki, Azərbaycan Respublikasının bu təşkilata qoşulması xarici siyasətdə mühüm dönüşün başlanğıcı ola bilər. Partiya sədrinin fikrincə, bu, həm də Azərbaycan R-nın qonşu dövlətlərlə münasibətlərinin daha da yaxşılaşmasına səbəb olacaq.

  • Yazılıb
  • da (də) 2011 May 31