Tarix : 2011 Jun 01
Kod 23166

Sumqayıtda ''razborka''ya gedən gənc qətlə yetirildi

O, əsgər yoldaşının münaqişəsini həll etmək adı ilə evdən çıxıbmış...
wellpromised/Aran agentliyi

O, əsgər yoldaşının münaqişəsini həll etmək adı ilə evdən çıxıbmış...

Sumqayıt şəhərində qətl hadisəsi törədilib. Şəhər Prokurorluğundan  verilən məlumata görə, qanlı hadisə mayın 31-də saat 23:00 radələrində Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş verib. Sumqayıt şəhəri, 4-cü mikrorayon, Bakı küçəsi, ev 25, mənzil 14-də yaşayan 23 yaşlı Ramin Əlifov qətlə yetirilib.

Qətlin kim tərəfindən törədilməsi hələlik məlum deyil. Ailə üzvlərinin bildirdiyinə görə, Ramin evdən əsgər yoldaşıı ilə kimlərinsə arasında yaranmış münaqişəni həll etməyə yollanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb. 

 

  

  • Yazılıb
  • da (də) 2011 Jun 01