Misir hadisələri sübut etdi ki, Amerikanın məntiqində diktator demokratiyanı inkar, öz həddsiz-hüdudsuz hakimiyyətinin dayaqlarını möhkəmləndirməklə ...
wellpromised/Aran agentliyi
Azərbaycan Respublikası Ziyalılar Hərəkatının başçısı Eldəniz Quliyev bildirib: Misir hadisələri sübut etdi ki, Amerikanın məntiqində diktator demokratiyanı inkar, öz həddsiz-hüdudsuz hakimiyyətinin dayaqlarını möhkəmləndirməklə xalqı ilə düşmənçilik edən şəxs deyil. Amerikanın məntiqində diktator ABŞ-ın mənfeyinə xidmət etməyən, Amerikanın göstərişlərinə boyun əyməyən şəxsdir.
Eldəniz Quliyev dünən Tehranda “İmam Xomeyni və İslami Oyanış” konfransında çıxışı zamanı həmçinin deyib: Misirdə öz xalqına qarşı olan və 30 il müddətinə ABŞ-ın himayələrindən faydalanan diktator Hüsnü Mübarək idi. Amma, Amerika öz yetişdirməsi olan diktatora illik 1,3 milyard dollar hərbi yardım edirdi və aydın olan məsələ bu idi ki, ABŞ-ın bu yardımları Hüsnü Mübarəkin xalq qarşısındakı diktatorluq rejimini müdafiə etmək üçün idi.
Eldəniz Quliyev həmçinin vurğulayıb: ABŞ-ın Hüsnü Mübarəkə hərbi yardımları onun hakimiyyətini qorumaq, Misir xalqı qarşısındakı inadkarlığını müdafiə etmək, Amerikanın mənafeyini təmin etmək və Vaşinqtona nökərçilik etmək üçün idi.
Azərbaycan Respublikasında Ziyalılar Hərəkatının sədri əlavə edib: ABŞ rəsmilərinin məntiqinə görə, dinc yolla demokratik dəyişikliklərə nail olmaq ümidi ilə küçələrə axışan yüz minlərlə insanın aksiyası, onların “İstefa-istefa” şüarı qənatbəxş deyildi. Elə buna görə də Misir xalqının diktator üçün istefadan başqa seçim qoymadıqları zamana kimi amerikalı Bayden Mübarəkə “Möhkəm dayan, biz sənin arxandayıq!” mesajını verirdi.
Azərbaycanlı ziyalı çıxışının davamında qeyd edib ki, amerikalı rəsmilər bu mövqedən çıxış etməklə sübut etdilər ki, Amerikadan asılı diktatorlar özlərindən heç bir şey diktə etmirlər. Onlar ABŞ tərəfindən diktə olunan göstərişlərə əməl edirlər və siyasət səhnəsindəki kukladan başqa bir şey deyillər.
Ziyalılar Hərəkatının sədri əlavə edib: Hazırda demək olar ki, bütün ərəb ölkələrində ABŞ-ın nəzarəti altında olan maliyyə qurumları və sionist dəllallar ərəb ölkələrinin iqtisadiyyatına nüfuz edərək, bu ölkələrin iqtisadiyyatlarını öz nəzarətləri altına alıblar və bunun nəticəsi ərəb ölkələrində yoxsulluq və işsizliyin baş alıb getməsi, qıtlıq və bahalığın yaranması, ölkə iqtisadiyyatının tənəzzül etməsi və sabitliyin pozulmasıdır.
Eldəniz Quliyev Qərb mədəniyyətinin digər ölkələrə mənfi təsirləri haqda da deyib: Hazırda ərəb xalqları da dərk etməyə başlayıblar ki, Qərbin bu ölkələrə nüfuz etməsi İslam mədəniyyətinin, milli və mənəvi dəyərlərin süqut etməsi mənasındadır.
Azərbaycan Respublikasında Ziyalılar Hərəkatının sədri Eldəniz Quliyev Ərəb ölkələrində cərəyan edən olayların perspektivindən də danışıb. "Tunis və Misir habelə, diktatorlar tərəfindən idarə olunan digər ölkələrdəki siyasi dəyişikliklər yalnız o zaman müvəffəqiyyətli ola bilərlər ki, ABŞ-ın bu ölkələrə siyasi diktələrinə və beynəlxalq maliyyə təşkilatlarının neoliberalist iqtisadi siyasətlərinə son qoyulsun. Çünki, bundan başqa çıxış yolu yoxdur"- deyə azəri ekspert söyləyib.