Tarix : 2011 Jun 01
Kod 23173

''Seyyid Fəramiz Abbasovun səhhəti normaldır''

Bu barədə onu vəkili məlumat verib
wellpromised/Aran agentliyi

Islam-Azeri.az İnternet qəzetinin "Xeber44.com" saytına istinadən verdiyi xəbərə görə, həbs edilən tanınmış ruhani Hacı Seyyid Fəramiz Abbasovun səhhəti normaldır.

Bu barədə onun vəkili Məzahir Şahmarov məlumat verib.

M. Şahmarov bildirib ki: "Hacı Fəramiz Abbasovun səhhəti normaldır, vəziyyəti yaxşıdır, əhval-ruhiyyəsi əladır, heç bir şeydən narazılığı yoxdur. Mənəvi, fiziki və psixoloji cəhətdən təzyiqə məruz qalmamışdır. Xatırladım ki, istintaq avqust ayının 8-nə kimi uzadılmışdır. İstintaq işinin bundan artıq uzadılması gözlənilmir. Çox güman ki, avqustun 8-nə qədər istintaq yekunlaşacaq."

Qeyd edək ki, Hacı Seyyid Fəramiz Abbasov Cənub bölgəsində daha çox nüfuza malikdir.

Xatırladaq ki, Hacı Seyyid Fəramiz Abbasov AİP sədrinin həbs edildiyi vaxt evindən silah sursat tapılmış, və ona qarşı bir neçə ittiham irəli sürülmüşdür. 

  • Yazılıb
  • da (də) 2011 Jun 01