Azərbaycan Respublikasında bəzi mənbələr Diaspora üzrə Dövlət Komitəsinin sədri Nizami İbrahimovun tutduğu vəzifədən azad edilməsi ehtimalından xəbər veriblər
wellpromised/Aran agentliyi
Azərbaycan Respublikasında bəzi mənbələr Diaspora üzrə Dövlət Komitəsinin sədri Nizami İbrahimovun tutduğu vəzifədən azad edilməsi ehtimalından xəbər veriblər.
Bakıda çıxan Azadlıq qəzetinin yazdığına görə, Azərbaycan Respublikası Prezident Administrasiyası Nizami İbrahimovu Diaspora üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən kənarlaşdırmaq qərarına gəlib.
Bu məlumata görə, Nizami İbrahimovun yerinə isə Tacikistan, Belarus, Rumıniya və Özbəkistanda Azərbaycan Respublikasının səfirləri olaraq öz missiyalarını başa vurmuş Məhərrəm Əliyev, Əli Nağıyev, Eldar Həsənov və Namiq Abbasov real namizədlər sayılırlar.
Sonralar adı Diaspora üzrə Dövlət Komitəsinə dəyişdirilən Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi 2002-ci ildə Qarabağ münaqişəsi və Ermənistanın işğalçılığı məsələləri ilə mübarizədə xarici ölkələrdə yaşayan azərbaycanlıların potensiallarından istifadə adı ilə yaradıldı. Amma, bu komitə və ona rəhbərlik edən şəxsin İsrail rejimi ilə yaxın münasibətləri Diaspora üzrə Dövlət Komitəsinin Qarabağ və erməni işğalçılığı məsələsini kənara qoyaraq, sionist rejimin mənafeyinə xidmət olsun deyə İrana qarşı şovinist millətçi, separatçı siyasətləri öz iş gündəminə daxil etdi.
Buna baxmayaraq, Diaspora üzrə Dövlət Komitəsinin təsis edildiyi zamandan bəri erməni və yəhudi lobbiləri arasındakı münasibətlər nəinki azalmayıb, əksinə bu ikisi arasındakı əlaqələrin inkişafı 1915-ci ildə erməni soyqırımı iddiasının İsrail rejiminin parlamenti-Knessetdə araşdırılmasına səbəb olub.
Bir neçə ay öncə də Nizami İbrahimovun qardaşı, ATV kanalının prezidenti Tağı İbrahimov 31 dekabr "dünya azərbaycanlılarının həmrəylik günü" münasibətilə Azərbaycan Respublikası prezidenti İlham Əliyevin çıxışından öncə "Şrek" cizgi filmindən təsvirlər yayaraq, təhqiramiz səhnənin yaranmasına səbəb olduğu üçün öz vəzifəsini itirmək təhlükəsi ilə üzləşmişdi. Amma, sionistlərdən asılı dairələrin təzyiqləri nəticəsində bu məsələ gerçəkləşmədi