Türkiyə ilə Gürcüstan arasında imzalanmış yeni protokola əsasən, iki ölkə arasında mövcud pasport rejimi ləğv olunub
wellpromised/Aran agentliyi
Türkiyə ilə Gürcüstan arasında imzalanmış yeni protokola əsasən, iki ölkə arasında mövcud pasport rejimi ləğv olunub. Artıq hər iki ölkənin vətəndaşları sadəcə olaraq şəxsiyyət vəsiqələri göstərərək sərhəddi rahatlıqla keçmək imkanını əldə etmiş olublar. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və Gürcüstan prezidenti Mixayl Sarkaşvilinin ötən gün Sarp sərhəd keçid məntəqəsinin açılış mərasimi zamanı imzaladıqları sənədə görə, bundan sonra hər iki ölkənin vətəndaşları qarşılıqlı olaraq sərhəddi yalnız şəxsiyyət vasiqələrindən istifadə etməklə keçəcəklər.